Hacı Şahin: Azərbaycanlı ilahiyyatçı, din xadimi

Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı, imam-cüməsi; Mənəvi Dünya Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü.

Hacı Şahin
Şahin Hüseyn oğlu Həsənli
Hacı Şahin: Erkən həyatı, İctimai fəaliyyəti, Şəxsi həyatı
2014 – 2023
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyul 1974(1974-07-07)
Doğum yeri
Vəfat tarixi 2 mart 2023(2023-03-02) (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti ilahiyyatçı, din xadimi[d]

Erkən həyatı

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib.

1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.

1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.

2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

İctimai fəaliyyəti

1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.

Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.

2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

2016–17-ci illərdə Darul Hikmət Elm və Tədris Mərkəzində "Əxlaq Fəlsəfəsi" və "İslam tarixi (təhlil)" dərslərini tədris edib.

Heç bir siyasi partiyaya üzv deyildi.

Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi.

Uzun illərdir ki, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi.

"Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" adlı kitabların müəllifidir.

Şəxsi həyatı

Ailəli idi. 4 övladı, iki qızı və iki oğlu var.

Vəfatı

2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat etmişdir. Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc 4 aprel 2023-cü ildə Milli Məclisin iclasında Hacı Şahinin ölümünü müəmmalı adlandırıb.

Kitabları

Məqalələri

  • "Həqiqət və ədalət". hacishahin.az (az.). İstifadə tarixi: 2023-11-26.

Xatirəsi

2023-cü ildə azərbaycanlı yazıçı və psixoloq İlqar Kamil Hacı Şahin haqda "Kostyumlu övliya" adlı kitab yazıb.

2024-cü ildə doğulub böyüdüyü binaya onun barelyefi vurulub.

Həmçinin bax

İstinadlar

Mənbə

Xarici keçidlər

Tags:

Hacı Şahin Erkən həyatıHacı Şahin İctimai fəaliyyətiHacı Şahin Şəxsi həyatıHacı Şahin VəfatıHacı Şahin KitablarıHacı Şahin MəqalələriHacı Şahin XatirəsiHacı Şahin Həmçinin baxHacı Şahin İstinadlarHacı Şahin MənbəHacı Şahin Xarici keçidlərHacı Şahin19742 mart20237 iyulBakıMəşədi Dadaş məscidiNəsimi rayonuQafqaz Müsəlmanları İdarəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

ŞahmatDəstəmazKoroğluŞirTürkmənistanİnformasiyaMəhəmmədhüseyn ŞəhriyarDelimitasiyaBalakən rayonuEkologiyaPiramida (həndəsə)Osmanlı sultanlarının siyahısıİslamXoşqədəm Hidayətqızıİnformasiya təhlükəsizliyiBöyük Səlcuq imperiyasıSaitPulOdlar Yurdu UniversitetiAzərbaycan banklarının siyahısıQabarıq çoxbucaqlıAzərbaycan gölləriZaur BaxşəliyevDövlət Sərhəd Xidməti (Azərbaycan)Məhəmməd peyğəmbərin evlilikləriQafqaz AlbaniyasıGədəbəy rayonuŞüalanmaQədim Romaİnsan hüquqlarıSasanilər imperiyasıİranSintaktik əlaqələrEmin Əmrullayevİkinci Dünya müharibəsiAzərbaycanda vergilərRamil UsubovAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiAlmaniyaPsoriazOsmanlı imperiyasıNida cümləsiRusiya–İran müharibəsi (1804–1813)Göbələk xəstəliyiAzərbaycan toy adətləriYazıƏbülfəz ElçibəySevişməSirrozSevil NuriyevaBakıCahangir NovruzovBürclərin işarələriTor (mifologiya)Elektrik cərəyanıFeilSəfəvilərOmonimBakının inzibati bölgüsüTahir İmanovQız qalasıMübtədaVideosexVoleybolVərəmZülallarNizami GəncəviRizalitSacilərAzərbaycanda yayılmış balıqların siyahısıWhatsAppAzərbaycan Premyer LiqasıSourTəbiətin qorunmasıMövlud bayramıSəudiyyə ƏrəbistanıSübh namazıNərimanov rayonuBağanıs Ayrım🡆 More