Hökm — təfəkkürün mürəkkəb formalarından biridir.
Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir ki, bu da doğru və yalan ola bilər.
İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir.
Hökmün mühüm xassəsi onun iqrari(təstiqedici) və inkari(rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur.
Sadə hökmün tərkibi Sadə hökmlər subyekt, predikat və məntiqi bağlayıcıdan ibarət olur.
Yazıda iqrari formada sadə hökmlər "S-P dir" , inkari formada "S-P deyil" kimi göstərilir. Mürəkkəb hökmlər isə bir neçə sadə hökmdən ibarət olur. Sadə hökmlər məntiqi bağlayıcılarla birləşərək mürəkkəb hökmü yaradırlar.Sadə hökmlər kimi mürəkkəb hökmlər də doğru və yalan ola bilər.Məntiqi bağlayıcıların növlərinə əsasən mürəkkəb hökmlər 3 yerə ayrılırla: konyunktiv(birləşdirici) , dizyunktiv(bölüşdürücü) və implikativ(şərti).
This article uses material from the Wikipedia Azərbaycanca article Hökm, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.