1139 Gəncə Zəlzələsi

Gəncə zəlzələsi — 1139-cu ildə sentyabrın 30-da Gəncə şəhərində baş vermiş zəlzələ.

Zəlzələ Gəncədən 50 km cənubda baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

Gəncə zəlzələsi
Zəlzələdən sonra Gürcüstan krallığı tərəfindən ələ keçirilmiş Gəncənin qala qapıları
Zəlzələdən sonra Gürcüstan krallığı tərəfindən ələ keçirilmiş Gəncənin qala qapıları
Tarix
  • 30 sentyabr 1139
Maqnituda 9 bal
Episentrin yeri
Xəritədə yeri
Gəncə zəlzələsi xəritədə
1139 Gəncə Zəlzələsi

Tarixi

Gəncə zəlzələsi Səlcuq hökmranlığı zamanı, 1139-cu il sentyabr ayının 30-da baş vermişdir. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş baş verənləri bu cür təsvir edir: "Areq ayının 18-ci günü, cümə günündən şənbəyə keçən gecə (30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı".

Gəncədə zəlzələ zamanı həlak olanların sayı dəqiq məlum deyil. İbn əl-Əsirə görə həlak olanların sayı 230 min nəfər, Əl-Bundariyə görə isə 300 min nəfərdir. Təbii fəlakətdən istifadə edərək, çar Demetre və baş komandan İvane Mxarqrdzelinin başçılığı ilə gürcü qoşunları şəhərə hücum etdilər. Mxitar Qoş bu haqda yazır: "rəhmsizliklə və kobud şəkildə rəftar edir, sağ qalanların üstünə hücum edir və onları ya qılıncdan keçirir və ya özlərinə qul edirdilər [satırdılar]. Onlar bu mühüm şəhərin birdən cəhənnəmə çevrilməsini, yığın-yığın qızıl və insan meyitləri qalağının bir-birinə qarışmasını görsələr də, şəhərə qarşı rəhmli olmaq haqqında düşünmədilər, qızıl və gümüş xəzinələrini qazıb apardılar, basqınlar və işgəncələri ilə [camaata] zəlzələnin özündən daha çox əzab verirdilər". Mənbələrin məlumatına görə gürcülər özləri ilə birlikdə Gəncənin şəhər darvazalarını da apardılar.

Səlcuq sultanının canişini Qara Sunqur öz qoşunları ilə Gəncəyə yollanaraq və Gəncə yaxınlığındakı döyüşdə gürcüləri məğlub etdi şəhərdən uzaqlaşdırdıl. Həmçinin Qara Sunqurun başçılığı ilə şəhərin yenidən bərpasına başlanıldı.

Nizami Gəncəvi həmin zəlzələ haqqında "İsgəndərnamə" də məlumat vermişdir:

1139 Gəncə Zəlzələsi 

Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Dağ-daş sarsılaraq qopub uçanda
Fələk toz altında qaldı bir anda...
Fələk zəncirinin həlqələritək
Yerin də bəndləri ayrıldı tək-tək.
Azdı yollarını gur axan sular,
Dağlar çırpışmaqdan bitab oldular.
Heç bir göz səlamət qalmadı inan
Matəm sürməsinə qərq oldu cahan
O qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə..

1139 Gəncə Zəlzələsi 

Zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bu haqda Gəncəli Kirakos yazırdı: "Dağ və düzü duman, buludlar bürüdü, dəhşətli zəlzələ baş verdi. Gəncə dağıldı. Nəticədə Kəpəz dağı uçdu və təpələrdən axan xırda çayların qarşısını kəsərək göl əmələ gətirdi".

İstinadlar

Həmçinin bax

Tags:

Ağ gölAğsuçayGöygölGəncə şəhəriKəpəz dağıMaralgölQaragöl (Laçın)ZəligölÖrdəkgöl

🔥 Trending searches on Wiki Azərbaycanca:

PeyğəmbərAzərbaycanın təbii sərvətləriBakı metrosuOrxan LökbatanlıOmanİntim münasibətlər haqqında İslami normalarMirzə Ələkbər SabirYazıSadə cümlənin şəxsə görə növləriTorpaqAllergiyaDünya okeanıHektarQarabağ FKAzərbaycan teatrıQulançarƏməliyyat sistemiÖd kisəsiŞuşa rayonuGərginlik (elektrik)Xəmsəİslam peyğəmbərləriCənubi AmerikaManipulyasiyaDördbucaqlıQara daşların sakinləri (film, 1991)Neft Daşları (film, 1990)Gəncə qapısıEmin (müğənni)Bakı İdman SarayıSoyuq müharibəSacilərƏliağa ŞıxlinskiKürəkçay müqaviləsiTalışlarHamiləlikAzərbaycan RespublikasıAzadlıq heykəliİşıqXocalı rayonuAzərbaycan Dövlət Pedaqoji UniversitetiAğdamGəncə qapılarıZeynəb XanlarovaAzərbaycan Respublikası Mərkəzi BankıZaur BaxşəliyevHacı ŞahinMir CəlalAzərbaycan memarlığıTelli BorçalıLimfa düyünləriFris Haber26 martPielonefritSkelet (insan)İngilis diliAmoksisillinParaleloqramElektrik cərəyanıİqlimŞuşa qalasıPişikCəbrayıl rayonuAK-74Şam namazıEmin Əliyev (ictimai xadim)AyMehriban ƏliyevaAzərbaycanın quşlarıMehranilərBərabəryanlı trapesiyaHindistanƏlcəzairİmadəddin NəsimiNeft DaşlarıMöcüzələr adası (film, 1963)Cavad xanSait🡆 More