Fazil Məmmədov: Azərbaycan Respublikasının ilk vergilər naziri

Fazil Məmmədov (28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021).

Fazil Məmmədov
Fazil Əsəd oğlu Məmmədov
Fazil Məmmədov iş masasında
Fazil Məmmədov iş masasında
11 fevral 2000 – 5 dekabr 2017
Əvvəlkivəzifə təsis edilib
SonrakıMikayıl Cabbarov
Şəxsi məlumatlar
Doğum tarixi 28 mart 1964(1964-03-28)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 2022(2022-11-04) (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
Fəaliyyəti iqtisadçı
Uşağı 3
Hərbi xidmət
Xidmət illəri 1985–1987
Rütbəsi Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları
1-ci dərəcəli dövlət vergi xidməti müşaviri
Polkovnik

Təltifləri Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları Fazil Məmmədov: Həyatı, Fəaliyyəti, Təltif və fəxri adları
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Maliyyə və kredit" ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur.

1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur.

Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur.

2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir. 5 noyabr 2022-ci ildə Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

1987–1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışmışdır. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit texnikumunda müəllim, kafedra müdiri işləmişdir. 1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilmişdir. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995–1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışmışdır.

1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilmişdir. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılmış və Fazil Məmmədov Azərbaycan Respublikasının ilk vergilər naziri təyin edilmişdir. 5 dekabr 2017-ci il tarixinə qədər bu vəzifəni icra etmişdir.

2015-ci il fevral ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilmişdir.

2015-ci il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən I Avropa Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə "Şöhrət ordeni" ilə təltif olunmuşdur.

2016-cı il yanvar ayının 15-də müdafiə nazirinin əmri ilə ehtiyatda olan polkovnik hərbi rütbəsi verilmişdir.

2001–2015-ci illərdə Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti olmuşdur.

2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olmuşdur.

2011–2021-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti olmuşdur.

Təltif və fəxri adları

İstinadlar

Tags:

Fazil Məmmədov HəyatıFazil Məmmədov FəaliyyətiFazil Məmmədov Təltif və fəxri adlarıFazil Məmmədov İstinadlarFazil Məmmədov1964202228 mart4 noyabrAzərbaycan Güləş FederasiyasıDövlət Vergi Xidməti (Azərbaycan)İstanbulŞamaxı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Xərçəng xəstəliyiAğdamMəhəmmədMəhəmməd FüzuliCəmiyyətŞam ağacı9 (ədəd)Qəbələ rayonuUelsFris HaberSpirtlərSultan Süleyman QanuniTəzyiqPiramida (həndəsə)Səadət SarayıÇoxmənalı sözlərXarici Kəşfiyyat Xidməti (Azərbaycan)ArgentinaŞəki xan sarayıMissioner pozasıİmadəddin NəsimiLimfa düyünləriƏdatDünya əhalisiŞiəlikƏliağa ŞıxlinskiAnqkor VatSoyuq müharibəABŞ-nin ştatlarıAfaq BəşirqızıAygün KazımovaQarabağda döyüşlər (2023)Şirəli MüslümovBronxitMacarıstan Avroviziya Mahnı MüsabiqəsindəİslamAzərbaycanın iqlimiQorxmaz ƏlilicanzadəSolitonElçin HüseynbəyliBürclərin işarələriOmonimİnkişaf etmiş ölkəBakı kəndlərinin siyahısıMaterikDağlıq Qarabağ Muxtar VilayətiGənəgərçək yağıAzərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsiMücərrəd mənalı sözlərAsiya ölkələrinin siyahısıAzərbaycan musiqi alətləriXəbər (qrammatika)Azərbaycan Hərbi Hava QüvvələriLotu QuliŞahmatİnformasiyaNəsibə ZeynalovaFonetikaİngiltərə tarixiQətərOrxan SultanovTalassemiyaMonteneqroAprel döyüşləriZərflikSourFinlandiyaBraziliyaDurğu işarələriGədəbəy rayonuFonetik təhlilDövlətAzərbaycan mətbuatıAzərbaycan musiqisiBöyrəkVüqar Biləcəri🡆 More