Poema Ev Sahibi Və Qonaq

Ev sahibi və qonaq (სტუმარ-მასპინძელი, St’umar-Masp’indzeli) — Gürcüstan şairi, yazıçısı və filosofu Vaja Pşavelanın epik poeması.

Ev sahibi və qonaq
სტუმარ-მასპინძელი
Poema Ev Sahibi Və Qonaq
Müəllif Vaja Pşavela
Janr epos
Orijinalın dili gürcü dili
Orijinalın nəşr ili 1893

Poema ilk dəfə 1893-cü ildə Tiflisdə nəşr olunub və "gürcü ədəbiyyatının şah əsəri" hesab olunur. Bu poema, gürcü məktəblərində tədris olunur. Poema əsasında 1967-ci ildə Tengiz Abuladze tərəfindən "Molba" filmi çəkilib.

Məzmunu

Poema Ev Sahibi Və Qonaq 
Xevsureti
Poema Ev Sahibi Və Qonaq 
Kistlər
Poema Ev Sahibi Və Qonaq 
Xevsureti qalası
Poema Ev Sahibi Və Qonaq 
Xevsureti kəndi

Ev sahibi Coqola müsəlman, onun qonağı Zviadauri isə xristian olsa da, poema onların fərqli dini və mədəni ənənələrinə istinad edir. Poemanın süjeti özündə onların talelərinin bir-birinə təsirindən və onların yaşayıb,böyüdükləri icmalarının bir-birinə nifrət etmələrinə baxmayaraq, bu mübarizədən layiqincə cıxmaqlarını əks etdirir.

Coqola və Zviadauri təsadüfən nəm meşədə, hər ikisi maral ovlayarkən rastlaşırlar. Onların hər ikisi verilən sözlərdən çox, əməllərə dəyər verən kişilərdir. Sonrakı söhbət zamanı Coqola onu evinə gecələməyə dəvət edir. Əslində, o, kistlərin qan düşməni olan Zviadauri adlı xevsurla tanış olur, hansı ki, sonradan Coqolanın qardaşını öldürdüyü məlum olur. Bu vaxt ovçular evə gəlir, burada Coqolanın arvadı Ağaz və özü də qonaqları mehribanlıqla qarşılayırlar. Gecələr belə yad adamdan xəbər tutan həmkəndliləri evə soxularaq Zviadaurinin əllərini bağlayırlar. Coqola əlində xəncər onların yolunu kəsərək, onun evində olan qonağa toxunmağın düzgün olmadığını izah edir. Burada iki adət: qonaqpərvərlik qanunu və qan davası adətləri toqquşur. Ev sahibi haqlı qəzəblə hətta onu təhqir edən qonşulardan birini öldürür.Coqola döyülür və bağlanır, Zviadauri isə qəbrin üstündə onun əlində ölən həmkəndlisini öldürmək üçün qəbiristanlığa aparılır. Son nəfəsinə qədər itaət etməkdən boyun qaçırır, ona görə də azad Xevsur kimi ölür. Hamı gedəndən sonra ölən üçün ağlayan Coqolanın arvadı Ağazı, bundan xəbər tutan əri onu qətiyyən qınamır.

Zviadaurinin ölüm xəbəri Xevsureti kəndinə çatır və onlar onun qalıqlarını götürüb basdırmaq üçün hərəkətə keçirlər. Kəndin yaxınlığında kistlərlə xevsurların toqquşmalı olurlar. Həmkəndlilərinə rüsvay olan Coqola rəşadətlə vuruşaraq döyüşdə həlak olur. Düşməni yenidən kəndə sıxışdıran xevsurlar qəbiristanlıqdan öz yoldaşlarının qalıqlarını aparırlar. Coqolanın cəsədi isə icma ilə toqquşduğu üçün dəfn olunmur. Ağaza ərinin ölümünə göz yaşı axıdıb, sonra isə qonşularının gözündən yayınaraq özünü dağ çayına atır.

Poema gecələr Zviadauri və Coqolanın ruhlarının yenidən odun yanında görüşməsi, dost və and içmiş qardaşlar kimi söhbət etməsi və Ağazanın onlara yemək hazırlaması haqqında əfsanə ilə bitir.

Mətn və tərcümələr

Bu poema bir neçə dilə, o cümlədən: ingilis (Donald Reyfild, Venera Uruşadze, Lela Jqerenaiya, Nino Ramişvili və başqaları), fransız (Qaston Buatşidze), rus (Nikolay Zabolotski, V.Derzhavin, Osip Mandelştam, Boris Pasternak, S.Spasski, Marina Svetayeva və başqaları), alman, ispan, italyan, yapon və digər dillərə tərcümə olunub.

Filmdə

Poemanın bədii əsər olaraq ilk film versiyası 1967-ci ildə istehsal edilib. 1967-ci ildə Tengiz Abuladze tərəfindən çəkilmiş film onun Gürcüstanda kino sahəsindəki ən böyük uğuru idi.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Poema Ev Sahibi Və Qonaq MəzmunuPoema Ev Sahibi Və Qonaq Mətn və tərcümələrPoema Ev Sahibi Və Qonaq FilmdəPoema Ev Sahibi Və Qonaq Həmçinin baxPoema Ev Sahibi Və Qonaq İstinadlarPoema Ev Sahibi Və Qonaq Xarici keçidlərPoema Ev Sahibi Və QonaqGürcüstanVaja Pşavela

🔥 Trending searches on Wiki Azərbaycanca:

İranİqaməŞahin Mustafayevİngiltərə tarixiÇevrəDünya əhalisiÜrək tutmasıTabesiz mürəkkəb cümlələrAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıBabəkMaralgölDövlət bayraqlarının siyahısıMercedes-BenzI İsmayılQubaABŞ-nin ştatlarıCavanşir (ad)VoleybolVergiXeyrimliİnformasiyaRoza ZərgərliVüqar BiləcəriÖlçü vahidləriSəməd SəmədovDüzbucaqlıVyetnamTəyinÜçbucaqÇinGəncə xanlığıQədim YunanıstanBakı–Tbilisi–Ceyhan neft kəməriMikayıl MüşfiqXəmsəQaraqanKimyəvi elementHepatit BÜnsiyyətTəbiətMəhərrəm Əliyev (general)Hüseyn ibn ƏliMirməmməd CavadzadəAğadadaş AğayevVüqar BayramovİlanlarAzərbaycan Dövlət İqtisad UniversitetiXurşidbanu Natəvanın heykəli (Fransa)BeyinQan təzyiqiAmoksisillinİosif StalinAğciyər iltihabıƏfşar imperiyasıMübtədaOxatan (astrologiya)Nəsirəddin TusiAfrikaAğqoyunlularASAN xidmətMöminə Xatun türbəsiİnfeksiyaUşaqlıq yolu (anatomiya)Anal dəlikAzərbaycan İkinci Dünya müharibəsindəHicri təqvimAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıLatın diliMərkəzi Park (Bakı)ŞəkiZəncirotuNüvə silahıAzərbaycanın Milli QəhrəmanıMasonluq🡆 More