Efiopiya təqvimi (amh.
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi | |||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi | ||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Misirdəki Qipti xristianlarının istifadə etdiyi təqvimə bənzəyən bu təqvim Günəşə əsaslanır. Həbəşə təqvimi və ya digər adı ilə Efiopiya təqvimi olan təqvimə əsasən Efiopiyada yeni ilin ilk günü Enkutataş (እንቁጣጣሽ) adlanır. Ölkədə həmin gün qeyri-rəsmi iş günü elan edilir. Paytaxt Əddis-Əbəbədə Yeni il mərasimləri keçirilir, məhkumlarla bağlı əfv sərəncamı verilir.
Efiopiya təqviminə əsasən il 13 aydan ibarətdir. Ayların adları Efiopiya xalqına məxsus Amhar dilində yazılır. 12 ayın hər biri bizim işlətdiyimiz təqvimdəki aylara ekvivalentdir, lakin onların hər biri 30 gündən ibarətdir. 13-cü ay isə "Pagume"(ጳጉሜ) adlanır ki, bu da yunancadan tərcümədə “qalıq, artıq” deməkdir. 13-cü ay 5 gündən və hər 4 ildən bir isə 6 gündən ibarət olur.
Həbəşə təqvimi Qriqori təqvimindən 7 il 8 ay geridədir. Ona görə də, məsələn, Qriqori təqvimi ilə 2018-ci ildə Efiopiyada 2011-ci ilin gəlişini qeyd ediblər. Bu fərqin səbəbi isə Efiopiya xristianlarının dini inancları ilə - İsa peyğəmbərin dünyaya gəlişi ilə bağlı olan fərqliliklərlə əlaqədardır. Öz əcdadlarına hörmətlə yanaşan konservativ efiopiyalılar onların inanclarını indi də davam etdirirlər.
Təqvimdə 13 ayın olmasının səbəbi kimi isə Efiopiya təqviminin Misir təqvimindən istifadə edilərək yaradılması göstərilir. Bu təqvimə görə, Efiopiyada yeni ilin hər il 11 və ya 12 sentyabr tarixlərində başlanması heç də təsadüfi deyil, belə ki, məhz ilin həmin günlərində Nil çayı özünün ən bol sulu dövrünü yaşayır və efiopiyalıların görə bu hadisə ölkəyə “yeni həyat” gətirir.
መስከረም (Məskərəm)
ጥቅምት (Tıkımt)
ኅዳር (Hıdar)
ታኅሳስ (Tahsas)
ጥር (Tırr)
የካቲት (Yəkatit)
መጋቢት (Məqabit)
ሚያዝያ (Miyazya)
ግንቦት (Qınbot)
ሰኔ (Səne)
ሐምሌ (Hamle)
ነሐሴ (Nəhase)
ጳጉሜ (Paqume)
This article uses material from the Wikipedia Azərbaycanca article Efiopiya təqvimi, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.