Dreamcast

Dreamcast — Sega tərəfindən 27 noyabr 1998-ci ildə Yaponiyada, 9 sentyabr 1999-cu ildə Şimali Amerikada, 14 oktyabr 1999-cu ildə isə Avropada buraxılmış ev videooyun konsolu.

Bu, altıncı nəsil videooyun konsollarından birincisi idi. Bundan sonra "Sony" şirkətinin PlayStation 2, "Nintendo" şirkətinin GameCube və "Microsoft" şirkətinin Xbox konsolu satışa çıxarılmışdır. Dreamcast "Sega" şirkətinin sonuncu ev konsolu idi. Bu da şirkətin konsol bazarındakı 18 illik fəaliyyətini sona çatdırmışdır.

Dreamcast
Loqonun şəkli
Dreamcast
İstehsalçı Sega
Növü Ev videooyun konsolu
Nəsil Altıncı nəsil
Buraxılış tarixi
Satışda olması 1998–2001
İlkin qiymət
Dayandırılma tarixi Ümumdünya 31 mart 2001
Satılıb 9.13 milyon
Media 1 GB GD-ROM, CD-ROM, Mini-CD
CPU Hitachi SH-4 32-bit RISC (200 MHz)
Yaddaş 16 MB RAM, 8 MB video RAM, 2 MB audio RAM
Displey
Qrafikalar 100 MHz PowerVR2
Səs 67 MHz Yamaha AICA 32-bit ARM7 RISC CPU özək ilə, 64 kanal
Onlayn servislər SegaNet, Dreamarena
Ölçülər 190 mm × 195.8 mm × 75.5 mm (7.48 düym × 7.71 düym × 2.97 düym)
Ağırlıq 1.5 kq (3.3 funt)
Ən çox satan oyun Sonic Adventure, 2.5 milyon nüsxə
Sələfi Sega Saturn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dreamcast uğursuz Sega Saturn konsolunun baha proqram təminatı ilə müqayisədə xərcləri azaltmaq üçün "Hitachi SH-4" CPU və "NEC PowerVR2" GPU kimi ucuz komponentlərlə dizayn edilmişdir. Yaponiyada məyusedici resenziyalar alan Dreamcast ABŞ bazarında buraxıldığı ərəfələrdə uğurlu olmuş, ancaq "Sony" qarşıdan gələn PlayStation 2 üçün marketinq kampaniyası apararkən konsola olan maraq tədricən azalmışdır. Qiymətinin bir neçə dəfə azaldılmasına baxmayaraq, konsolun satışları "Sega" şirkətinin proqnozlarını qarşılaya bilməmişdir və şirkət ziyana düşməyə davam etmişdir. Rəhbərlikdə edilən dəyişiklikdən sonra "Sega" şirkəti 31 mart 2001-ci ildə Dreamcast konsolunun satışlarını dayandırmış, konsol biznesindən ayrılmış və özünü üçüncü partiya nəşrçi olaraq yenidən strukturlaşdırmışdır. Dünya səviyyəsində 9.13 milyon Dreamcast nüsxəsi satılmışdır.

Dreamcast konsolunun ömrünün qısa olmasına və məhdud üçüncü partiya dəstəyinə baxmayaraq, resenziya müəllifləri konsolu vaxtından qabaqda olduğunu vurğulamışdır. Konsol üçün buraxılmış videooyunlar arasında "Crazy Taxi", "Jet Set Radio" və "Shenmue" kimi kreativ və innovativ buraxılışlar, eləcə də "Sega NAOMI" arkada sistemindən yüksək keyfiyyətli portlar var. Həmçinin, Dreamcast internet dəstəyi və onlayn geympley üçün daxilində modem olan ilk konsol idi.

Qeydlər

Mənbə

Ədəbiyyat

  • Mott, Toni. 1001 Video Games You Must Play Before You Die (ingilis). Nyu-York: Universe Publishing. 2013. ISBN 978-0-7893-2090-2.
  • DeMariya, Rusel; Vilson, Conni L. High Score!: The Illustrated History of Electronic Games (ingilis). Emerivill, Kaliforniya: McGraw-Hill/Osborne. 2004. ISBN 978-0-07-223172-4.
  • Kent, Stiven L. The Ultimate History of Video Games: The Story Behind the Craze that Touched our Lives and Changed the World (ingilis). Rouzvill, Kaliforniya: Prima Publishing. 2001. ISBN 978-0-7615-3643-7.

Tags:

AvropaMicrosoftNintendoPlayStation 2SegaSonyVideooyun konsoluXbox (konsol)YaponiyaŞimali Amerika

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Proqram təminatıAzərbaycan əhalisiTünzalə AğayevaLütfi ZadəAlbaniyaKimyəvi elementlərin dövri sistemiAzərbaycanHacı ŞahinHeyvanlarHəcmHacı NuranŞuşa qalasıLotu QuliAşağı ƏskiparaVeysəl MusibovRusiyaƏdatDövlət idarəetmə formalarıNidaKvadratHindistan xalqlarıCavad xanİsmayıllı rayonuCəlil MəmmədquluzadəAzərbaycanda təhsilAzərbaycanlılarAbbasqulu ağa BakıxanovSelMaralgölYasəmənQastritSkelet (insan)Azərbaycan meşələriMolla NəsrəddinƏfsanəOkeanKürəŞirvanşahlar dövlətiAlma-Ata bəyannaməsi (1991)KitabKüləkEl KlasikoTriqonometriyanın əsas düsturlarıMüstəqil Dövlətlər BirliyiUrbanizasiyaGöygöl rayonuHeydər ƏliyevMilli Dirçəliş GünüAna səhifəRuhəngiz MusəviYer GünüSultan Süleyman QanuniCəfər CabbarlıKoroğluAzıx mağarasıArif PaşayevSöz birləşməsiYüzillik müharibəSuda-quruda yaşayanlarCəmşid Naxçıvanski adına hərbi liseyAzərbaycan coğrafiyasıBakıda yerləşən abidələrin siyahısıÖlçü vahidləriKubKvadrat metrMannaBöyük Səlcuq imperiyasıMürəkkəb cümləSaitUşaq hüquqlarıQədim Yunanıstan mədəniyyətiVüqar BayramovVətən Müharibəsi Qəhrəmanlarının siyahısı🡆 More