Dərman Bitkiləri

Dərman bitkiləri — qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində istifadə edilmişdir.

Bitkilər həşəratlara, göbələklərə, xəstəliklərə və ot yeyən məməlilərə qarşı müdafiə və qorunma da daxil olmaqla, müxtəlif funksiyalar üçün yüzlərlə kimyəvi birləşmə sintez edir. Dərman bitkiləri haqqında ən erkən tarixi qeydlərə Şumer sivilizasiyasına məxsus olan e.ə. 3000-ci ilə aid gil lövhələrdə rast gəlinir. Bu qeydlərdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi yer alır. Qədim Misirə məxsus olan e.ə. təxminən 1550-ci ilə aid Ebers papirusunda isə 850-dən çox dərman bitkisi təsvir edilmişdir. Roma ordusunda işləmiş yunan həkimi Dioskorid e.ə. təxminən 60-cı ildə De materia medica adlı əsərində 600-dən çox dərman bitkisinin istifadə edildiyi 1 000-dən çox dərmanın reseptini sənədləşdirmişdir. Bu əsər təxminən 1 500 il ərzində digər farmakopeyaların əsasını təşkil etmişdir. Dərman axtarışları bəzən farmakoloji cəhətdən aktiv maddələrin axtarışı üçün etnobotanikadan istifadə edir və bu yanaşma nəticəsində yüzlərlə faydalı birləşmə əldə edilmişdir. Bunlara adi dərmanlar olan aspirin, diqoksin, xinin və tiryək daxildir. Bitkilərdə tapılan birləşmələr müxtəlif olsa da, onların əksəriyyəti dörd əsas biokimyəvi sinifə aiddir: alkaloidlər, qlikozitlər, polifenollarterpenlər.

Dərman bitkiləri sənayeləşməmiş cəmiyyətlərdə geniş istifadə olunur, çünki onlar asanlıqla əldə edilə bilər və müasir dərmanlardan daha ucuzdur. Müalicəvi xüsusiyyətlərə malik minlərlə bitki növünün illik qlobal ixrac dəyərinin ildə 60 milyard ABŞ dolları olduğu təxmin edilir və bu, ildə 6% artır. Bir çox ölkələrdə xalq təbabətinin tənzimlənməsi zəif olsa da, Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz və rasional istifadəni təşviq etmək üçün şəbəkə koordinasiya edir. Dərman bitkilərinin satış bazarı zəif tənzimləndiyinə və tibbi iddiaları dəstəkləmək üçün heç bir elmi tədqiqat aparılmayan plasebo psevdo-elmi məhsulları ehtiva etdiyinə görə tənqid edilmişdir. Dərman bitkiləri həm iqlim dəyişikliyi və yaşayış mühitinin məhv edilməsi kimi ümumi təhlükələrlə, həm də bazar tələbatını ödəmək üçün həddindən artıq yığılma təhlükəsi ilə qarşı-qarşıyadır.

Tarix

Tarixdən əvvəlki dövr

Bu gün mətbəxdə qida və ədviyyat kimi istifadə edilənlər də daxil olmaqla bir çox bitki tarixdən əvvəlki dövrlərdən dərman kimi istifadə edilmişdir. Ədviyyatlar xüsusilə də isti iqlimlərdə və əsas da daha tez xarab olan ət yeməklərində qidanı bakteriyalardan qorumaq və xarab olmasının qarşısını almaq üçün istifadə olunurdu. Çiçəkli bitkilər əksər bitki dərmanlarının əsas mənbəyi idi. İnsan məskənləri çox vaxt gicitkan, zəəncirotucincilim kimi dərman məqsədi ilə istifadə olunan alaq otları ilə əhatə olunur. İnsanlar müalicə məqsədi ilə otlardan istifadə etməkdə tək deyildilər: primatlar, monarx kəpənəklərqoyunlar kimi bəzi heyvanlar da xəstələndikdə dərman bitkiləri qəbul edirlər. Tarixdən əvvəlki dəfn yerlərindən alınan bitki nümunələri Paleolit xalqlarının bitki mənşəli təbabətlə bağlı biliklərinin olduğunu sübut edən dəlillər sırasındadır. Məsələn, İraqın şimalında yerləşən 60 000 illik Neandertal məzarlığı "IV Şanidar"-da səkkiz bitki növünə aid çoxlu miqdarda tozcuq aşkarlanmış və onlardan yeddisi hazırda bitki mənşəli dərman olaraq istifadə olunur. Həmçinin, bədəni 5 000 ildən çox donmuş vəziyyətdə qalmış Ötzinin şəxsi əşyaları arasında bir göbələk tapılmışdır. Göbələyin tükbaş qurda qarşı istifadə olunduğu güman olunur.

Qədim dövrlər

Təxminən e.ə. 3000-ci illərdən etibarən Qədim Şumerə aid gil lövhələrdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi qeyd edilmişdir. Qədim Misirə aid Ebers papirusunda aloe, çətənə, gənəgərçək, sarımsaq, ardıcmandraqora kimi 800-dən çox dərman bitkisi var.

Atxarvaveda, Riqveda və Suşruta-samxitada sənədləşdirilmiş Ayurveda təbabəti qədim dövrlərdən bu günə qədər tərkibində kurkumin maddəsi olan sarıkök kimi yüzlərlə farmakoloji cəhətdən aktiv ot və ədviyyatlardan istifadə etmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Tags:

Dərman Bitkiləri TarixDərman Bitkiləri İstinadlarDərman Bitkiləri Həmçinin baxDərman Bitkiləri Xarici keçidlərDərman BitkiləriAlkaloidlərAsetilsalisilli turşuBitkilərFitofaqlarGöbələklərHəşəratlarMəməlilərPolifenolQlükozitQədim MisirQədim RomaTerpenlərTiryəkXalq təbabətiŞumer

🔥 Trending searches on Wiki Azərbaycanca:

BağlayıcıBronxial astmaZeynəb XanlarovaKükürdAzərbaycan əlifbasıSüleyman RəhimovAzər-Türk BankKürəYarasalarKəlbəcər rayonuAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiADA UniversitetiAllahverdi BağırovCəmiyyətNaftalanPeyvəndİslam peyğəmbərləriƏtraf mühitYağQədim RomaBakının inzibati bölgüsüAzercellİstanbulFlora KərimovaDəstəmazAvstraliya0Xocalı soyqırımıOsmanlı sultanlarının siyahısıFeilAzərbaycan Dövlət İqtisad UniversitetiTam ədədlərBaşkənd (Gədəbəy)HeyvanlarQuduzluq1 manatlıq əsginasFunksiya (riyaziyyat)Azərbaycan Texniki Universiteti2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıOral seksEldənizlərAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıFormula 1SilindrCəlil MəmmədquluzadəOğuz türkləriVergülMir Cəfər BağırovXristianlıqMusiqi alətlərinin siyahısıMübariz İbrahimovQuba xanlığıDaxili İşlər Nazirliyi (Azərbaycan)Baykal–Amur magistralıLatın diliRəqsanəSay (qrammatika)İbn SinaŞüşəOsmanlı imperiyasıMilli Məclis (Azərbaycan)Azərbaycan Milli QvardiyasıNidaAzərbaycanda yayılmış balıqların siyahısıNəriman Həsənzadəİsmayıllı rayonuSiçan (kompüter)Hüseyn ibn ƏliQan təzyiqiİtAna səhifəİbtidai icma quruluşuNeft DaşlarıI İsmayılKvadratHadi RəcəbliSıra sayıHacı Zeynalabdin Tağıyev🡆 More