Düzbucaqlı Üçbucaq

Düzbucaqlı üçbucaq—bucaqlarından biri düz bucaq (90⁰) olan üçbucağa deyilir.

Düzbucaqlı Üçbucaq
Düzbucaqlı üçbucaq

Düzbucaqlı üçbucaqda düz bucaq qarşısındakı tərəf hipotenuz, ona bitişik tərəflər, yəni iti bucaqlar qarşısında duran tərəflər isə katetlər adlanır.

Pifaqor teoreminə görə düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. a²+b²=c²

Katetləri bərabər olan düzbucaqlı üçbucaq bərabəryanlı düzbucaqlı üçbucaq adlanır.

Xüsusiyyətləri

  • Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90°-yə bərabərdir.
  • Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi hipotenuzun orta nöqtəsidir.
  • Bərabəryanlı düzbucaqlı üçbucağın iti bucaqlarının hər biri 45°-yə bərabərdir.
  • Bərabəryanlı düzbucaqlı üçbucaqda hipotenuz katetin kök altında iki mislinə bərabərdir.
  • Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir.
  • Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir. R=c/2
  • Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu r=(a+b-c)/2 düsturu ilə hesablanır (burada r-düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu, a və b katetlər, c-hipotenuzdur).
  • İti bucaqları 30°-60° olan düzbucaqlı üçbucaqda 60°-li bucaq qarşısındakı katet digər katetden kök altında 3 dəfə böyükdür.
  • Düz bucaqdan hipotenuza çəkilmiş hündürlüyün kvadratı onun hipotenuz üzərində böldüyü parçaların hasilinə bərabərdir.

Sahəsi

  1. Düzbucaqlı üçbucağın sahəsi katetlərinin hasilinin yarısına bərabərdir: S=a*b/2
  2. Heron düsturuna görə düzbucaqlı üçbucağın sahəsi kök altında onun yarımperimetri ilə hər bir katetin ayrı-ayrılıqda fərqinin hasilinə bərabərdir.
  3. Düzbucaqlı üçbucağın sahəsi onun daxilinə çəkilmiş çevrənin radiusu ilə bu radiusun hipotenuz ilə cəminin hasilinə bərabərdir.
  4. Düzbucaqlı üçbucağın sahəsi onun daxilinə çəkilmiş çevrənin hipotenuza toxunma nöqtəsində onu böldüyü hissələrin uzunluqları hasilinə bərabərdir.
  5. Bərabəryanlı düzbucaqlı üçbucağın sahəsi kvadratın sahəsinin yarısına bərabərdir. S=a²/2

Triqonometrik nisbətlər

  • Düzbucaqlı üçbucaqda iti bucağın sinusu bu bucağın qarşısındakı katetin hipotenuza nisbətinə deyilir.
  • Düzbucaqlı üçbucaqda iti bucağın kosinusu bu bucağa bitişik katetin hipotenuza nisbətinə deyilir.
  • Düzbucaqlı üçbucaqda iti bucağın tangensi bu bucağın qarşısındakı katetin bucağa bitişik katetə nisbətinə deyilir. Buradan alırıq ki:

Düzbucaqlı Üçbucaq 

  • Düzbucaqlı üçbucaqda iti bucağın kotangensi bu bucağa bitişik katetin bucağın qarşısındakı katetə nisbətinə deyilir. Buradan alırıq ki:

Düzbucaqlı Üçbucaq 

İstinadlar

Tags:

Düzbucaqlı Üçbucaq XüsusiyyətləriDüzbucaqlı Üçbucaq SahəsiDüzbucaqlı Üçbucaq Triqonometrik nisbətlərDüzbucaqlı Üçbucaq İstinadlarDüzbucaqlı ÜçbucaqDüz bucaq

🔥 Trending searches on Wiki Azərbaycanca:

Dünya okeanıRum rəqəmləriAzərbaycan Xalq CümhuriyyətiSüni intellektAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıTaunTrapesiyaQobustan Dövlət Tarixi-Bədii QoruğuAzərbaycan (tarixi ərazi)İnformasiyaGürcüstanQızdırmaSüleyman RəhimovDelimitasiyaCinsi əlaqəBərabəryanlı trapesiyaHəsən bəy ZərdabiMübariz İbrahimovBakcellŞimali KoreyaAzərbaycanın sərhədləriIP ünvanıƏvəzlikİnsanİngiltərəXarıbülbül (simvol)Torpaq sürüşməsiNidaBabəkAfrikaQuran surələrinin siyahısıTelefonŞuşa qalasıPişikAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiXocalı soyqırımıƏhalisinə görə ölkələrin siyahısıBaku ElectronicsRusiya imperiyasıƏhali sıxlığına görə ölkələrin siyahısıAzərbaycan Dövlət Pedaqoji UniversitetiYuqoslaviya1 manatlıq əsginasSamir NuriyevƏlcəzairDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Dövlət Sərhəd Xidməti (Azərbaycan)Azərbaycan meşələriİspaniyaCənubi KoreyaQanaxmaİkinci Dünya müharibəsiMolla Pənah VaqifReal Madrid FKKriştiano RonaldoAlmaniyaRöya AyxanYarasalarAzərbaycanın Milli QəhrəmanıİranAprel döyüşləriNüvə silahıMehriban ƏliyevaMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)İnformasiya prosesləriİsrailGöygöl (göl)Köməkçi nitq hissələriDurğu işarələriNağılBirinci Qarabağ müharibəsiAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıVergülRamil UsubovGöygöl rayonu9 May Qələbə GünüXəmsə🡆 More