Mahnı Dünya Sənin, Dünya Mənim

Dünya sənin, dünya mənim — Məmməd Arazın sözlərinə Niyaməddin Musayev tərəfindən bəstələnən mahnı

Dünya sənin, dünya mənim
İfaçı Niyaməddin Musayev
Dil Azərbaycan
Müddət 1986
Bəstəkar Niyaməddin Musayev
Sözlərin müəllifi Məmməd Araz

Haqqında

Şeir 1977–1978-ci illərdə Məmməd Araz tərəfindən yazılıb. Şeirə məşhurluq gətirən Niyaməddin Musayevin mahnı bəstələməsi olub. Niyaməddin Musayev mahnının necə yaranması ilə bağlı demişdir:

Mahnı Dünya Sənin, Dünya Mənim  1986-ci ildə xəstəxanada yatırdım. O vaxt filologiya elmlər doktoru Maarifə Hacıyeva məni ziyarətə gəlmişdi. Onunla ailəvi münasibətimiz vardı. Mənim Xalq Təsərrüfat İnstitutunda təhsil almağımda o xanımın böyük rolu olub. Maarifə xanım gələndə bir qazan yemək və bir kitab gətirmişdi. O gedəndən sonra kitabı vərəqlədim, gördüm, Məmməd Arazın kitabıdır, üstündə yazılmışdı ki, "Dünya sənin, dünya mənim, dünya heç kimin". Bu şeiri oxuyanda isə kövrəldim. Onda vəziyyətim yaxşı deyildi. Dedim, ay Allah, uşaqlar körpədir, mən dünyamı dəyişsəm, onları kim saxlayacaq, kim onlara havadar olacaq? Bu, mənə çox pis təsir elədi, elə o nəğməni o xəstəxanada stolun üstündə çırtma vura-vura yazdım. Mahnı Dünya Sənin, Dünya Mənim 

Niyaməddin Musayevin ifasında mahnı məşhurluq qazanmışdır. Youtube kanallarında 10 milyondan çox izlənmə olub. Ondan sonra mahnını müğənni Əhməd Mustafayev ifa etmişdir. 19 mart 2023-cü ildə "Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi Zülfü Əsədzadənin "Dərviş band" qrupu ilə birgə "Dünya sənin, dünya mənim" ifası sosial şəbəkələrin trendinə çevrilmişdir..

Niyaməddin Musayev "Dərviş band" qrupunu tanıdığını və onların bu ifasını çox bəyəndiyini bildirib:

Mahnı Dünya Sənin, Dünya Mənim  "Bu qrupla mən yaxından tanışam. O qrupda olan oğlanla mən "Dünya sənin, dünya mənim" mahnısını studiyada birgə oxumuşuq. Ən çox diqqət elədiyim məsələ isə aranjimandır. Onlar çox düzgün şəkildə nəğməni aranjiman ediblər. Mahnının kökünə dəyməyiblər. Ən əsas da aranjimanda xoşagəlməz, qulağı incidən dəyişikliklər etməyiblər. Hər şey yerindədir. Çox bəyənirəm". Mahnı Dünya Sənin, Dünya Mənim 

Türkiyəli müğənnilərin ifasında

Türkiyənin tanınmış müğənnisi Neşe Karaböcek ifa etmişdir.

Mətn

Orijinal mətni

Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik, Dünya sənin, dünya mənim, dünya heç kimin.

Çevrəsindən çıxsa əgər sevda fırfıran, Bir ümidin ətəyindən tutub da fırlan, Eşidərsən: pıçıldayır yıxılan, duran, Dünya sənin, dünya mənim, dünya heç kimin.

Bu get-gəllər bazarına dəvədi dünya, Bu ömür-gün naxışına həvədi dünya. Əbədiyə qəh-qəh çəkər əbədi dünya, Dünya sənin, dünya mənim, dünya heç kimin.

Ayaq saxla, dövrənə bax ötəri belə, Min illərdir Araz belə, Həkəri belə. Axşamların, səhərlərin təkəri belə, Dünya sənin, dünya mənim, dünya heç kimin.

Gülünclərə gülünc gələn bu ada güldüm, Yüyəninə hər əl yetən bu ata güldüm, Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin, dünya mənim, dünya heç kimin.

— may-iyun, 1986

İstinadlar

Xarici keçidlər

Tags:

Mahnı Dünya Sənin, Dünya Mənim HaqqındaMahnı Dünya Sənin, Dünya Mənim MətnMahnı Dünya Sənin, Dünya Mənim İstinadlarMahnı Dünya Sənin, Dünya Mənim Xarici keçidlərMahnı Dünya Sənin, Dünya MənimMəmməd ArazNiyaməddin Musayev

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriİnternetQarışqalarƏfqanıstanMolla Nəsrəddin (jurnal)SuAllahverdi BağırovAzərbaycan gerbiBakıda yerləşən abidələrin siyahısıƏhalisinə görə ölkələrin siyahısıİlham ƏliyevMehdi HüseynzadəGünəş enerjisiQara QarayevPasxaEnerjiSultan Süleyman QanuniQan qrupuBaykal–Amur magistralıVladimir PutinZeynəb XanlarovaNeptun (planet)HüceyrəGöygölUzunluq (fizika)FaizAzərbaycan dilinin orfoqrafiya lüğətiQarabağ FKDövlət bayraqlarının siyahısıQan dövranıKimyəvi reaksiyaŞiəlikKarbonDolça (astrologiya)Cəbrayıl rayonuNitq hissəsiNitqCinsi əlaqəAzərbaycanın Qırmızı kitabına düşən quşlarSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiOsmanlı imperiyasıTürkdilli dövlətlərXankəndiYazıCənubi Afrika RespublikasıXürrəmilər hərəkatıPilotsuz uçuş aparatıMonarxiyaCavanşirƏl-XarəzmiSəhraBakıNağılMəşədi ƏzizbəyovBakcellMir Cəfər BağırovKöməkçi nitq hissələriŞahin Məmmədov (general-leytenant)Ümumdünya Kitab GünüƏlcəzairÖlkə paytaxtlarının siyahısıSu ehtiyatlarının çirklənməsiReptilian insanlarMirzə Fətəli AxundovAzərbaycan (tarixi ərazi)Vilayət EyvazovNikol PaşinyanDövlət Sərhəd Xidməti (Azərbaycan)Qazax rayonuQızıl yel xəstəliyiAzərbaycan RespublikasıSaitAzərbaycan İkinci Dünya müharibəsindəFəlsəfəRusiya–İran müharibəsi (1804–1813)VitaminlərƏfsanə🡆 More