Döyüş-Macəra Oyunu: Video oyun janrı

Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı.

Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır.

Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur.

Altjanrlar

Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var. Məşhur altjanrlar arasında:

  • Birinci şəxs döyüş macərabirinci şəxs atıcı geympley xüsusiyyətlərini daşıyan və ətraf mühitdə məsələ həlli və mürəkkəb süjet xətti kimi macəra oyunu elementlərinə malik olmaq üçün daimi döyüşdən imtina edən altjanr. Nümunə olaraq, "Metroid Prime", "Half-Life", "Dishonored" və "Far Cry 3" kimi oyunları göstərmək olar.
  • Üçüncü şəxs döyüş macəraüçüncü şəxs atıcı geympley xüsusiyyətlərini daşıyan və ətraf mühitdə məsələ həlli və mürəkkəb süjet xətti kimi macəra oyunu elementlərinə malik olmaq üçün daimi döyüşdən imtina edən altjanr. Nümunə olaraq, "Tomb Raider" seriyası, "The Legend of Zelda" seriyası, "Severance: Blade of Darkness", "Grand Theft Auto" seriyası, "Hitman" seriyası və "Uncharted" seriyasını göstərmək olar.
  • Daldırıcı simulyasiya — adətən, rol, gizlilik və platforma oyunlarının elementlərini daşıyan və oyunçunun tapşırıqları müxtəlif üsullarla yerinə yetirməkdə istifadə edəcəyi bir neçə geympley sistemi yaradan altjanr. Nümunə olaraq, "The Elder Scrolls V: Skyrim", "Fallout 4", "S.T.A.L.K.E.R.: Shadow of Chernobyl" və "BioShock Infinite" kimi oyunları göstərmək olar.
  • Platforma-macəra — həm tədqiqat, həm məsələ həlli, həm də ənənəvi platforma elementlərini daşıyan altjanr. Nümunə olaraq, "Metroid" seriyasını və "Castlevania" seriyasını göstərmək olar. "Metroidvania" termini bu iki oyunun adlarının birləşməsindən yaranıb.
  • İzometrik platforma-macəra — tədqiqat aparıla bilən açıq mühitlərə malik olan, üçölçülü geympleydən və izometrik proyeksiya vasitəsilə ikiölçülü qrafikalar istifadə edən altjanr. Nümunə olaraq, "SimCity 2000", "Civilization II" və "Diablo" kimi oyunları göstərmək olar.
  • Stels — düşmənlərlə birbaşa döyüşmək yerinə, onlardan gizlənməyə əhəmiyyət verən və nəticədə əsas geympleyin tədqiqat və məsələ həlli üzrə qurulmasına gətirib çıxaran altjanr. Nümunə olaraq, "Metal Gear" seriyası, "Assassin's Creed" seriyası, "Splinter Cell" seriyası və "Hitman" seriyasını göstərmək olar.
  • Survival horror — oyunçunun qorxu üzərində qurulmuş ətraf mühitdə "sağ qalması" üçün "inventar idarəetmə" sistemi ehtiva edən altjanr. Survival horror müxtəlif geympley elementləri olan tematik bir janrdır. Nümunə olaraq, "The Resident Evil" və "Silent Hill" franşizalarını göstərmək olar.
  • Sağ qalma — oyunçunun sonu olmayan bir ətrad mühitdə "sağ qalması" üçün "inventar idarəetmə" sistemi ehtiva edən altjanr. Nümunə olaraq, "Minecraft", "Terraria" və "Starbound" kimi oyunları göstərmək olar.

Həmçinin bax

Xarici keçidlər

Tags:

Macəra oyunuVideooyun janrı

🔥 Trending searches on Wiki Azərbaycanca:

NaftalanYiyəlik halAzərbaycanın Milli QəhrəmanıLimfa düyünləriI AbbasTayqaSintaktik əlaqələrZərf (qrammatika)Bakı xanlığıEndokrin sistemiKompüterƏliAlma-Ata bəyannaməsi (1991)Həsən bəy ZərdabiMəhəmmədƏməliyyat sistemiXumar QədimovaHeydər ƏliyevÇoxmənalı sözlərAra sözlərSoyuq günəş (film, 2020)Abdulla ŞaiqNaftalan neftiƏfşar imperiyasıZemfira NərimanovaAğciyər iltihabıLeyli və Məcnun (Nizami)VergülABŞ-nin ştatlarıBərdə rayonuRodos nəhəngiÇoxbucaqlıQızdırmaKürDanışanların sayına görə dillər siyahısıNəqliyyatZeynəb XanlarovaUzun HəsənQİÇSAzərbaycan Ərəb xilafətinin tərkibindəHəzm sistemiArazDelimitasiyaİnformasiya prosesləriMəhəmməd HadiDostluqGUAMƏlimərdan bəy TopçubaşovKonstitusiyaSözün həqiqi mənasıAzərbaycan SSR Nazirlər SovetiƏliqismət LalayevTərəzi (astrologiya)Novruz bayramıVaqif (dram)DəstəmazAğaməhəmməd şah QacarNamazPakistanMenecmentRusiya imperiyasıQarabağda döyüşlər (2023)Əziz NesinVilayət EyvazovAzərbaycan adalarının siyahısıEsseI İsmayılAzərbaycanlılarQədim RomaVayxır (bulaq)Nadir şahXarıbülbül (simvol)Qondarma Dağlıq Qarabağ Respublikasıİmişli rayonuBalaca şahzadə🡆 More