Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti: Azərbaycan Respublikasının xüsusi xidmət orqanı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı.

Dövlət Təhlükəsizliyi Xidməti
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 14 dekabr 2015
Əvvəlki qurum Milli Təhlükəsizlik Nazirliyi
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah BakıAzərbaycan Dövlət Təhlükəsizliyi Xidməti: Haqqında, Tarixi, İstinadlar Bakı
Ünvan Parlament prospekti 14, AZ1006
Rəhbərlik
Rəis Əli Nağıyev

Rəsmi saytı dtx.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir.

Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

Tarixi

28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi. Hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürmüşdür.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

1967-ci ildə Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub.

1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kbazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi.

İstinadlar

Xarici keçidlər

Tags:

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti HaqqındaAzərbaycan Dövlət Təhlükəsizliyi Xidməti TarixiAzərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İstinadlarAzərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Xarici keçidlərAzərbaycan Dövlət Təhlükəsizliyi XidmətiAzərbaycan

🔥 Trending searches on Wiki Azərbaycanca:

Yeni Müsavat (qəzet)Azərbaycan memarlığıHacı Məmmədov (cinayətkar)Gecə namazıLaçın rayonuƏlincə qalasıMonqolustanAsiya ölkələrinin siyahısıKorvalolAfrikaCavanşir MəmmədovBakı metrostansiyalarının siyahısıƏfsanəFeminizmEmin (müğənni)İkinci Qarabağ müharibəsiYəhudilərİslamda oral seksƏsas nitq hissələriSəməd bəy MehmandarovMultikulturalizmSahələrinə görə ölkələrin və ərazilərin siyahısıMannaBizans imperiyasıSpermaTürkmənistanYouTubeÇoxluqlarQız qalasıQod NisanovMöcüzələr adası (film, 1963)Zərifə ƏliyevaAraz AğalarovQuranOksidləşmə-reduksiya reaksiyalarıİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıİngilis diliMenstruasiyaKomedixanaDünya ölkələrinin pul vahidləriMüstəqilliyin Bərpası Günü (Azərbaycan)VatikanBabək NiftəliyevMesopotamiyaŞəki xan sarayıAzərbaycan Xalq Cümhuriyyətinin Milli OrdusuPənahəli xanVüqar BiləcəriŞirNeftOmonimMustafa ZamaniOkeanKəlmeyi-şəhadətSkelet (insan)PulEpitetŞirvan (Azərbaycan)Çin tarixiMoskvaİslamSəadət SarayıVurma cədvəliİçərişəhərEdelveys əməliyyatıƏli XameneiXərçəng xəstəliyiZərflikÇingiz MustafayevTelli BorçalıXocalı rayonuNorveçFris HaberTuareqlərTək və cüt ədədlərKarles PuçdemonÇevrə🡆 More