Bulud

Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı.

Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir.

Bulud
Buludların üstdən görünüşü
Bulud
Buludların hərəkəti
Bulud
Şamaxı, Azərbaycan

Planetimizin çox hissəsini dənizlərokeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir.

Buludluluq

Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir. Buludluluq hava və iqlimi xarakterizə edən əsas amillərdən biridir.

Quru üzərində buludluluq 4,8 okeanlar üzərində isə 5,8 dir. Dünyanın orta buludluluq dərəcəsi 5,4-dür. Antarktida və tropik enliklərdə buludluluq ən azdır : 0,2

Buludluluğun əhəmiyyəti; — qışda yeri soyumaqdan, yayda qızdırmaqdan qoruyur. Düz radiasiyanın qiymətini azaldır. Fiziki aşınmanı zəiflədir.

Buludluluq havanın qalxan hərəkətində, alçaq təzyiq sahəsində, sahil boyunda daha çox olur.

Sahildən materikin içərisinə doğru buludluluq azalır.

Yüksək təzyiqdə, havanın enən hərəkətli rayonlarında, materikin daxili hissəsində buludsuzluq hökm sürür.

Buludlu günlər ən çox qütb qurşağında və ekvatorda, ən az isə quraqlıq rayonlarında və səhralarda olur.

Buludların tipləri

Buludların 3 əsas tipi vardır: Sirus (lələkvari bulud), kümülüs (topa bulud), Stratus (laylı bulud)

1. Laylı buludlar — 2–3 km-ə qədər yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir. Yağıntı arasıkəsilməz olur.

2. Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 3–6 km hündürlükdə yaranır. Bu buludlardan leysan və dolu yağır

3. Lələkvari buludlar — daha hündürdə 6 km-dən yüksəkdə (bəzən10-12 km) əmələ gəlir. 0 °C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən yayda formalaşır. Lələkvari buludlardan yağıntı düşmür.

Bəzi buludlar var ki, nadir olaraq görülür. Amma görənləri həmişə qorxudur. Ekspertlərə görə bu qəribə bulud formalaşması çox nadir hallarda meydana gəlir.

Belə bir görünüş qazanması üçün müdhiş bir enerjinin lazımlı olduğunu söyləyən ekspertlər, "Hər nə qədər qorxunc görünsə də bu buludların fırtınaya səbəb olduqları görünməyib. Hələ rəsmi bir adı belə yox. Amma böyük ehtimalla, Beynəlxalq Meteoroloji Kataloqunda artıq 'asperatus' adlandırılacağı iddia edilmişdi.

Latınca olan "asperatus" adı buludların bu dalğa, "krem" kimi görünüşünü izah edir. Braziliyada, Yeni Zellandiyada, Afrika üzərində, Rusiyada görülən bu cür buludlar ən son Şotlandiya üzərində meydana gəldi.

Buluddan düşən yağıntı leysan, aramsız-narın, çiskin xarakterli olur. Leysan adətən topa yağış buludlarından düşən iri su damlalarıdır. Leysan yağışları qısa müddətli yağır. Aramsız-narın yağıntı yağış və ya qar halında laylı yağışlı və yüksək laylı buludlardan düşür. Bəzən bir neçə gün davam edir. Çiskin gözlə güclə seçilən xırda su damlalarıdır. Laylı buludlardan düşür.

Şəkillər

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Tags:

Bulud luluqBulud ların tipləriBulud ŞəkillərBulud Həmçinin baxBulud Xarici keçidlərBulud İstinadlarBuludAtmosferBuzSuTroposfer

🔥 Trending searches on Wiki Azərbaycanca:

TürkmənlərŞəki xanlığıKompüter qurğularıXabi AlonsoQan dövranıKürEkologiyaMurad DadaşovƏsas nitq hissələriZəncirotuRusiyaLənkəran rayonuZolaqlı kaftarKompüter şəbəkəsiQarabağ atıXətti tənliklər sistemiZəlzələReklamCümlə üzvləriDünya İqtisadi ForumuLatın diliGMOQüvvə (fiziki kəmiyyət)AyRəqəmMoskva100 manatlıq əsginasSunamiHepatit BƏliAbdulla ŞaiqLeyli və Məcnun (Nizami)OrqanizmAzər BaxşəliyevTriqonometriyaCərəyan şiddətiNiderlandMaşın öyrənməsiYarasalarElektrik müqavimətiSübh namazıİkinci Dünya müharibəsiLütfi ZadəQaşaltı QaraqoyunluD vitaminiDünya okeanıSkarlatinOkeanYaqub MəmmədovNəsibə ZeynalovaNorveç meşəsi (kitab)Meşəİnsan İnkişafı İndeksiKamran Əliyev (hüquqşünas)XəmsəLeyli və MəcnunAlyaska UniversitetiAdolf HitlerMirzə Fətəli AxundovNitq hissəsiMonqol imperiyasıKamran İmanovDemokratiyaƏmtəəAlbaniyaSuFosforCavad xanEverestVulkanUlduzRiyaziyyatAvrasiyaZərf (qrammatika)Hacı Şahin🡆 More