Borçalı Mahalı: Azərbaycanlıların yaşadığı region

Borçalı — Gürcüstan tarixi-coğrafi hissəsi, Debedi dərəsi daxildir.

Adı 17-ci əsrdə məskunlaşan türkmən tayfası Borçaludan gəlir.

Borçalı Mahalı: Tarixi, Coğrafiyası, Demoqrafik vəziyyət
Gürcüstanın Kvemo-Kartli diyarı

Tarixi

Borçalı Mahalı: Tarixi, Coğrafiyası, Demoqrafik vəziyyət 
Rusiya imperiyasının, Tiflis quberniyasının, Borçalı qəzası

1213–cü ildən başlamaqla 16 il müddətində şərq ölkələrinə səyahət etmiş, 1213–1220–ci illərdə həm də Təbriz, Marağa, Urmiya, Əhər, Mərənd, Vəravi, Xoy, Sərab, Ərdəbil, Uşnu və Miyana kimi Azərbaycan şəhərlərini gəzmiş Yaqut əl-Həməvi 1224–1228–ci illərdə qələmə aldığı Mucəm əl-buldan adlı coğrafi lüğətində yazır:

Borçalı Mahalı: Tarixi, Coğrafiyası, Demoqrafik vəziyyət  (برشلیّه) Bərşəliyyə — Arranda yer adıdır, Persiya hökmdarlarının səlnamələrində adı çəkilir. Borçalı Mahalı: Tarixi, Coğrafiyası, Demoqrafik vəziyyət 

Rus işğalı

Gürcüstan quberniyası tərkibində

1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır.

Gürcüstan–İmeretiya quberniyası tərkibində

Tiflis quberniyası tərkibində

1880-1929-cu illərdə Tiflis quberniyasının ərazisində təşkil edilmişdir. Ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv. km.-ə, 1922-1929-cu illərdə (qəza məhz 1929-cu ildə rayonlara bölünmüşdür) isə 2665 kv. km.-ə qədər azaldılmışdır. Mahalın ümumi sərhəd xəttinin uzunluğu 485 km. olmuşdur. 1897-ci ildə aparılmış siyahıyaalmaya əsasən Borçalı qəzasının 128.587 nəfər əhalisi olmuşdur.

Ermənilərin köçürülməsi

Çar Rusiyası tərəfindən ermənilər Borçalı ərazisinə bir neçə mərhələdə köçürülmüşdür. Dağ Borçalısına -Loruya və Cəlaloğluna (indiki Stepanavan) ermənilər keçmiş İrəvan xanlığının ayrı – ayrı əyalətlərindən, Barmaqsıza (indiki Salka) Ərzurumdan, Anaxatır çayı sahillərinə isə Qarabağdan gəlmişdilər. 1873 – cü ildə Cəlaloğlunda yerləşdirilmiş erməni ailələlərinin sayı 107-a (877 nəfər), 1887-ci ildə isə 232 ailəyə (1630 nəfər) çatmışdı. Barmaqsızın Sabit axça kəndinə köçürülən 25 kürd ailəsi 1885-ci ildə buranın iqlim şəraitinə uyğunlaşmayaraq Qarsa köçüb getmişdilər.

Toponimlərin dəyişdirilməsi

Gürcüstanda rayon inzibati bölgüsünə keçildikdən sonra azərbaycan mənşəli toponimlərin gürcüləşdirilməsinə başlanmışdır. 1940-50-ci illərdə ilk olaraq rayon mərkəzlərinin adları dəyişdirilmişdir. 1989-92-ci illərdə isə əsasən Bolnisi rayonunu əhatə edən kənd, dağ və çay adları gürcüləşdirilmişdir . Toponimlərin bərpa olunması ilə bağlı çoxsaylı ictimai çağırışlara baxmayaraq problem həll olunmamış qalır.

27 iyun 2005-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasısındakı deputatı R.Hüseynov Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti və sosial problemləri barədə sənəd yaymış və burada Azərbaycan mənşəli toponimlərin bərpası zərurəti də vurğulanmışdır. Sənəd Assambleyada müzakirəyə çıxarılmamış və tövsiyə sənədi olaraq 11 deputat tərəfindən imzalanmışdır .

Coğrafiyası

Qədim Borçalı diyarı Aran Borçalı və Dağ Borçalı olmaqla 2 hissədən ibarət olmuşdur. Aran Borçalı Gürcüstanın Azərbaycan və Ermənistanla sərhədyanı bölgəsini əhatə edir. Şimaldan Cocer dağları (Trialeti silsiləsi), cənubdan Ermənistan, qərbdən Qaraxaç yaylası (Cavaxet silsiləsi), şərqdən Azərbaycan Respublikası və İori yaylası ilə hüdudlanır. Ermənistan SSR yaradılanadək Borçalı cənubdan Ermənistanın hazırda Lori və Tavuş adladırılan vilayətlərinin şimal hissəsini də ehtiva etmişdir (Dağ Borçalı). Sovetlər Birliyi dövründə aparılmış mərhələli etnik təmizləmədən sonra azərbaycanlı faktorunun tam aradan qalxması ilə əlaqədar olaraq Dağ Borçalı bir toponim olaraq yaddaşlardan silinmişdir. Hazırda Borçalı dedikdə, hafizələrdə daha çox Aran Borçalı canlanır.

Borçalının ərazisi Xram və Kür çaylarının aşağı axarlarında dəniz səviyyəsindən təqribən 280 metrdən başlayaraq Qaraxaç yaylaqlarında hündürlüyü 3196 metrə çatan Ağçala dağınadək olduqca müxtəlif relyefə malikdir. İqlimi mülayim kontinentaldır.

İnzibati bölgü

Sahəsi 6,528 min km2 (Gürcüstan ərazisinin 9,4%-i) təşkil edən Borçalı mahalı inzibati nöqteyi-nəzərindən hazırda Rustavi (Bostandərə) şəhəri də daxil olmaqla, 6 rayonu – Qardabani (Qaratəpə), Marneuli (Sarvan), Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid), Tetriskaro (Ağbulaq) və Salka (Barmaqsız) rayonlarını ehtiva edir. Bölgədə 7 şəhər (Rustavi – 114331 nəfər, Marneuli – 19897 nəfər, Qardabani – 11786 nəfər, Bolnisi – 9938 nəfər, Dmanisi – 3426 nəfər, Tetriskaro – 4007 nəfər, Salka – 1741 nəfər), 8 qəsəbə (Kazret – 7268 nəfər, Tamaris – 434 nəfər, Böyük Lilo – 2132 nəfər, Kocor – 1358 nəfər, Mənglis – 2679 nəfər, Şaumyan – 3629 nəfər, Bedian – 218 nəfər, Trialet – 326 nəfər) və 348 kənd mövcuddur (ətraflı olaraq bax: Borçalı kəndləri)

Demoqrafik vəziyyət

Borçalı Mahalı: Tarixi, Coğrafiyası, Demoqrafik vəziyyət 
Borçalının etnik xəritəsi (2002 s.a.)

Gürcüstan Statistika Departamentinin məlumatlarına görə 2006-cı ildə Borçalı bölgəsinin əhalisi 507,6 min nəfər və ya Gürcüstanın cəmi əhalisinin 11,5%-ni təşkil etmişdir. Əhalinin 37,2%-i şəhərlərdə, 62,8%-i isə kəndlərdə yaşayır. İntensiv təbii artımla və Gürcüstanın müxtəlif bölgələrindən əhalinin buraya yerləşdirilməsi ilə əlaqədar olaraq 2005-ci il ərzində əhalinin sayı 2,6% artmışdır.

2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə əhalinin etnik tərkibində azərbaycanlılar üstünlük (cəmi əhali üzrə 45,1%, kənd əhalisi üzrə 62,5%) təşkil edir. İkinci ən çoxsaylı milli toplum gürcülər (cəmi əhali üzrə 44%, kənd əhalisi üzrə 28,4%), üçüncü isə ermənilərdir. Regionda ailələrin sayı 133215-ə, hər ailəyə düşən insanların sayı isə 3,7 nəfərə bərabər olmuşdur.

İqtisadiyyatı

Sovetlər Birliyi dağıldıqdan sonra Borçalının iqtisadiyyatı dərin tənəzzül keçirmiş, sənaye müəssisələrin əksəriyyəti fəaliyyətini məhdudlaşdırmışdır. Bununla belə Gürcüstanın digər bölgələri ilə müqayisədə Rustavi sənaye şəhəri hesabına burada vəziyyət bir qədər qənaətbəxş olaraq qalmaqdadır. Gürcüstanda istehsal edilmiş sənaye məhsulunun 2005-ci ildə 18,5%-i, 2001-2005-ci illərdə isə orta hesabla 20,1%-i bu bölgənin payına düşmüşdür. Borçalıda orta aylıq əmək haqqı 183 lari (105 dollar) təşkil etməklə, orta Gürcüstan səviyyəsindən 14% çox olmuşdur.

Borçalı eyni zamanda mühüm kənd təsərrüfatı bölgəsi kimi seçilir. 2011-cı ildə Gürcüstanda yığılmış birillik ot bitkilərinin 96%-i, çoxillik ot bitkilərinin 76%-i, tərəvəz məhsullarının 14.7%-i, bostan bitkilərinin 17%-i, kartofun 21%-i, taxılın 17.8%-i, paxlalı bitkilərin 14.6%-i, qarğıdalının 12%-i Borçalı bölgəsinin payına düşmüşdür. Bölgədə 167.3 min baş iribuynuzlu heyvan, 123.2 min xırdabuynuzlu heyvan, 1.74 mln. ədəd ev quşu, 21.5 min arı pətəyi qeydə alınmış, onların Gürcüstan üzrə xüsusi çəkiləri müvafiq olaraq 15.4%, 21.3%, 27.4% və 6.6% təşkil etmişdir.

Mənbə

  • Mədəd Çobanov, Müşfiq Borçalı. Borçalı toponimləri. Bakı: "Təhsil" EİM, 2012, 312 səhifə.
  • Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti. Müəlliflər: B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Elmi redaktor: B. Ə. Budaqov. Redaktor: R. Kərimova. Bakı: “İsmayıl” Nəşriyyat Poliqrafiya Müəssisəsi, 2002, 320 səhifə. (PDF versiyası, 302 səh.)
  • Bоrçalı dünən, bu gün və sabah. Tərtib edən: S. Kərimova; Ön sözün müəllifi: G. Hacıbəyli. Bakı: "Adiloğlu" nəşriyyatı, 2009, 96 səh.
  • Borçalı folklor örnəkləri. I kitab. Toplayanlar: Valeh Hacılar və Elxan Məmmədli; Tərtib edəni: Elxan Məmmədli; Redaktoru: Mahmud Allahmanlı. Bakı: “Elm və təhsil” nəşriyyatı, 2013, 328 səh.
  • Borçalı folklor örnəkləri. II kitab. Tərtib edəni və hazırlayanı: Elxan Məmmədli; Redaktoru: Mahmud Allahmanlı. Bakı: “Elm və təhsil” nəşriyyatı, 2013, 389 səh.

Şərhlər

İstinadlar

  • Text, seite ٥٦٦. // Jacut's geographisches wörterbuch aus den handschriften zu Berlin, St. Petersburg und Paris auf kosten der Deutschen Morgenlandischen Gesellschaft herausgegeben von Ferdinand Wüstenfeld. Erster band Arxivləşdirilib 2016-02-24 at the Wayback Machine. Leipzig: in Commission bei F. A. Brockhaus, 1866, 954 (12+٩۴٢) seiten.
  • Йакут-ал-Хамави. Му'джам ал-Булдан. (Сведения об Азербайджане). Хамдаллах Казвини. Нузхат-ал-кулуб. (Материалы по Азербайджану) Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. Перевод с арабского (Му'джам ал-Булдан) З. М. Буниятова совместно с П. К. Жузе, перевод с английского (Нузхат-ал-кулуб) З. М. Буниятова совместно с И. П. Петрушевским; Комментарии и примечания З. М. Буниятова. Институт Истории АН СССР, Источники по истории Азербайджана. Баку: Издательство «Элм», 1983, стр. 27
  • Text, seite ٥۴٨. // Jacut's geographisches wörterbuch aus den handschriften zu Berlin, St. Petersburg und Paris auf kosten der Deutschen Morgenlandischen Gesellschaft herausgegeben von Ferdinand Wüstenfeld. Erster band. Leipzig: in Commission bei F. A. Brockhaus, 1866, 954 (12+٩۴٢) seiten
  • "Первая Всеобщая перепись населения Российской империи 1897 года. Распределение населения губерний, уездов, городов Российской Империи". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
  • "Borçalı Çar Rusiyasının işğalı dövründə". 2016-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
  • "Borcalı tarixinin qısa xülasəsi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
  • "Report of the Human Rights Monitoring Group of Ethnic Minorities, Renewal of toponymy as one of the real steps on reinstatement of interethnic dialog in Kvemo-Kartli region in Georgia" (PDF). 2012-12-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-21.
  • "Borçalı Cəmiyyəti Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
  • The position and social problems of Azerbaijanis compactly living in Georgia
  • "Agriculture of Georgia. Annual statistical publication of 2011" (PDF). 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
  • Xarici keçidlər

    This article uses material from the Wikipedia Azərbaycanca article Borçalı mahalı, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
    ®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

    Tags:

    Borçalı Mahalı TarixiBorçalı Mahalı CoğrafiyasıBorçalı Mahalı Demoqrafik vəziyyətBorçalı Mahalı İqtisadiyyatıBorçalı Mahalı MənbəBorçalı Mahalı ŞərhlərBorçalı Mahalı İstinadlarBorçalı Mahalı Xarici keçidlərBorçalı MahalıGürcüstan

    🔥 Trending searches on Wiki Azərbaycanca:

    Əli XameneiAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiMusiqiLionel MessiQarabağ atıEkoloji problemlərİsrailŞuşa qalasıRusiya imperiyasıXəritəTürk Dövlətləri TəşkilatıKompüter qurğularıMüxbirİqtisadiyyatİsveçNurlana Əliyeva (filoloq, 1946)Elçin Quliyev (general-polkovnik)Azərbaycan himniAğciyər iltihabıEnerjiViravulTatarlı (Goranboy)GözAmazon yağış meşələriRövşən CavadovKenquruMicrosoft ExcelHeydər Əliyev MərkəziMəhəmməd HadiAzərbaycan xanlıqlarıBirləşmiş Millətlər TəşkilatıAzərbaycan Daxili QoşunlarıCərəyan şiddətiVoleybolSahələrinə görə ölkələrin və ərazilərin siyahısıİlyas ƏfəndiyevAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiXitabSourPasxaƏhalisinə görə ölkələrin siyahısıGöl qurbağasıƏlcəzairMenstruasiyaDövlət bayraqlarının siyahısıMonarxiyaErmənistan azərbaycanlılarıAnar ƏləkbərovMaterikSerbiyaSahil metrostansiyasıQuranTərtər rayonuLənkəranİnternetAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Gülyaz MəmmədovaSumqayıtDövlət İmtahan Mərkəzi (Azərbaycan)Sadə ədədTərəzi (astrologiya)Vüqar ƏhmədMultikulturalizmNəsibə ZeynalovaHekayəQədim MisirİntellektZərf (qrammatika)Azərbaycanda təhsilQobustan Dövlət Tarixi-Bədii QoruğuQanaxmaDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)ŞifrSoyuq müharibə18 aprelKolizey🡆 More