Azərbaycanda Novruz Bayramı

Azərbaycanda Novruz bayramı — Azərbaycanda baharın və Yeni ilin gəlişinin qeyd edilməsi.

Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.

Novruz bayramı
Azərbaycanda Novruz Bayramı
Ölkə
Başlayır 20 mart
Tarix 21 mart
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya

Tarixi

Ədəbiyyatşünas Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqında yazırdı:

Azərbaycanda Novruz Bayramı  Çox-çox uzaq keçmişlərdə Xıdır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, Kiçik çillənin qurtardığı son gündə. Yəni, 25-28 fevral günlərində keçirilər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünəməxsus adətləri, oyunları, yeməkləri olub. Azərbaycanda Novruz Bayramı 

Tədqiqatçı "Unudulmuş əziz günlərimizdən" adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi. Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında isə yazırdı:

Azərbaycanda Novruz Bayramı  Çillə çıxarma bayramı təbiətlə bağlıdır. Ən uzun gecə şəbi-yelda gecəsində qaranlıqla bağlı tapmacalar, yanıltmacalar, rəvayətlər söylənər, əylənər, şeirlər oxuyardılar. 40 günlük Böyük çillə dekabrın 21-də girir, yanvarın 31-də qurtarır və 20 günlük Kiçik çillə başlanır. Azərbaycanda Novruz Bayramı 

Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi:

Azərbaycanda Novruz Bayramı  Əhd edən evin sahibəsi gecəyə qonaqlar dəvət edir, evdə kişilərdən biri də qalmır. Bir qoyun kəsilir, həmin qoyunun ətindən gecə səhərə qədər müxtəlif yeməklər bişirilir. Hamı oynayıb, şənlənər, mahnılar oxuyub, lətifələr söyləyər, tapmaca, yanıltmac deyib, üzük falına baxıb, noxud falı açırdılar. Yuxuya getmək olmazdı. Çillə çıxarmaq bayramı üçün qarpız saxlayarmışlar, həmin günü böyük süfrə açar, qarpızı kəsərmişlər:

"Qovub qışı, ayazı,
Kəsdik çillə qarpızı..."

Azərbaycanda Novruz Bayramı 

XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi.

1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi. "Kommunist" qəzeti 1921-ci il 24 mart tarixli nömrəsində yazırdı ki, "Novruz bayramı" günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilir. İmkansız əhaliyə müxtəlif ərzaq məhsulları paylanır.

Ancaq bununla bərabər, radikal bolşeviklər tərəfindən Novruza qarşı kompaniyalar ara vermirdi. Bu bolşeviklərə qarşı ən böyük təpkini isə Nəriman Nərimanov göstərirdi. Bu bayrama münasibətini N. Nərimanov 1913-cü ildə "İqbal" qəzetinin 19 mart tarixli sayında ətraflı şəkildə izah edir, Novruzu İslam dini ilə heç bir əlaqəsi olmayan, insanları birliyə və bərabərliyə səsləyən milli bayram kimi göstərirdi.

Nəhayət, 1925-ci ildə bu barədə xüsusi qərar qəbul edildi. Qərarda inqilabi bayramlarla yanaşı, 6 dini və (Novruz da daxil) milli bayramın da dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. Ancaq bu qərar cəmi 3 il qüvvədə qaldı. 1928-ci ildən başlayaraq dini və milli bayramlara qarşı açıq hücumlar başladı. Hətta "Kommunist" qəzeti yazırdı ki, "Rusiyada olduğu kimi Azərbaycanda da milli və dini bayramları ləğv etmək və onları inqilabi bayramlarla əvəz etmək lazımdır".

Novruz əleyhinə ən fəal mübarizlər 1924-cü ildə yaradılmış "Mübariz Allahsızlar İttifaqı"nın üzvləri idi. Nəhayət, 1929-cu ildə "Mübariz Allahsızlar İttifaqı" öz məqsədlərinə nail oldular və bu bayramlar dövlət bayramları siyahısından çıxarıldı. Bundan sonra "Mübariz Allahsızlar İttifaqı"nın üzvləri bayram günlərində drujinalar təşkil edərək gecələr evlərə, həyətlərə reydlər təşkil edir, evində səməni qoyub bayram süfrəsi açan, həyətində tonqal qalayan komsomolçuları aşkarlayaraq bu adamları komsomol iclaslarında müzakirəyə çıxarırdılar.

1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə Novruz ümumiyyətlə qadağan edildi. Ancaq bu illərdə də, hətta İkinci dünya müharibəsi illərində Novruz bayramı qeyd edilirdi. Stalinin ölümündən sonra bütün dini və milli bayramlar kimi Novruz bayramı da qeyri-rəsmi bəraət aldı.

Sovet ideoloqları bəzi milli bayramları dövlətin ideoloji proqramına uyğunlaşdırmaq haqqında fikirləşməyə başlamışdılar.

Azərbaycanlı tarixçi alim Cəmil Həsənli yazır ki, sovet dövründə növbəti dəfə Novruz bayramını qeyd etmək ideyasını ilk Əbdürrəhman Vəzirov ortaya atıb: «Novruz bayramının keçirilməsi ideyasını Azərbaycan komsomolunun birinci katibi Əbdürrəhman Vəzirov ilk dəfə Azərbaycan Kommunist Partiyasının 1958-ci ilin yanvar ayında keçirilən XXII qurultayındakı çıxışında səsləndirmişdi. Öz çıxışında Vəzirov dedi: «Niyə biz rus xalq bayramı olan maslenitsanı qeyd etməyə hazırlaşan moskvalılar kimi, özündə heç bir dini məzmunu daşımayan «Novruz bayramı»nı qeyd etməyək?! Bizim xalqın həyatında «Novruz bayramı»nı baharın gəlişi kimi qeyd etmək ənənəsi vardır»

Odur ki, ilkin eksperiment kimi, 1966-cı ilin mart ayının 6-da (Mart ayının ilk bazar günü) "Maslenitsa" adlandırdıqları milli bayramı "Rus qışının yola salınması" adı altında, martın 20-də isə Novruz bayramını "baharın gəlişi" adı altında qeyd etmək qərara alınmışdı. "Rus qışının yola salınması" həmin il Leninqrad vilayətində keçirildi. Ancaq nədənsə həmin il Novruzun keçirilməsi təxirə salındı və nəhayət ki, 1967-ci ildə bu bayramın Bakıda "Bahar bayramı" adı altında qeyd olunmasına icazə verildi.

Bəzi siyasi mütəxəssis qeyd edirlər ki, 1967-ci ildə Novruz bayramının keçirilməsinə Sovet rəhbərliyinin birdən-birə razılıq verməsini SSRİ-nin İranla bağlı siyasəti ilə də əlaqələndirirlər. 1965-ci ildə İran Şahı Rza Pəhləvinin SSRİ-yə səfəri zamanı Leonid Brejnevlə söhbətdə mədəni əlaqələrin möhkəmləndirilməsi ilə bərabər Novruz mövzusuna da toxunulmuşdu.

Qlasnost və perestroyka Novruzun Azərbaycan və Mərkəzi Asiyada dövlət səviyyəsində keçirilməsinə yol açdı. 1985-ci ildən sonra hətta kommunist və Sovet qəzetləri də martın 21-də rəngli çıxır, ən başlıcası daha "bahar bayramından" yox, Novruzdan söz açılırdı.

1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi.

2000-ci illərin əvvəllərindən isə Novruz bayramında tam 10 gün iş günü sayılmır.

Çərşənbələr

Azərbaycanda Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür — su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsiTorpaq çərşənbəsi.

Su çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlifşənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var.

Qeyd edilən ikinci çərşənbə — xalq arasında "Üskü çərşənbə", "Addı çərşənbə" kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Novruz ərəfəsində sonuncu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

Simvolları

Səməni

Hər il mart ayında Novruz bayramı ərəfəsində Azərbaycan taxıl buğdasından cücərdilən səməni Novruz elementidir. Səməni ilk çərşənbədən əvvəl cücərdilməyə başlayır. Novruz bayramı vaxtı tam böyümüş olur.

Musiqi

Adət və ənənələr

Geyimlər

Oyunlar və digər adətlər

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlardan artırma, halay, keçəl, bənövşə, haxışta, cıdır, ənzəli, Kos-kosa, yumurta döyüşdürmə, qurşaqtutma, papaqatdı və baharbəndi qeyd etmək olar.

Bayram süfrəsi

Bayram süfrəsində xonça olmalıdır. Xonçanın içində səməni, şəkərbura, baxlava, şora-qoğal, yumurta, fındıq, qoz, badam və s. nemətlər olmalıdır.

Mədəniyyətdə

Azərbaycanda Novruz bayramına həm də poçt markaları həsr olunmuşdur.

Ədəbiyyatda

Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Azərbaycan ədəbiyyatında Novruz bayramına Novruz bayramına həsr olunan şeirlərdən Məhəmmədhüseyn Şəhriyarın "Novruz", Hüseyn Cavidin "Novruz bayramı" və Mikayıl Müşfiqin "Bayram axşamı" şeirlərini qeyd etmək olar.

Yazıçı İsmayıl Şıxlı "Dəli Kür" romanınında Novruzu qeyd etməyə hazırlaşan bir kəndin bayram təlaşını, həyəcanını da ustalıqla qələmə alıb:

Azərbaycanda Novruz Bayramı  Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı. Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi. Azərbaycanda Novruz Bayramı 

Kinoda

Təsviri incəsənətdə

Memarlıqda

Musiqidə

Azərbaycanda Novruz bayramı haqqında bir sıra mahnılar bəstələnmişdir. Bunlardan Aygün Kazımovanın "Novruz gəlir", Sevda Yəhyayevanın "Novruz bayramı", Mətanət İsgəndərlinin "Novruz bayramınız mübarək", Məmmədbağır Bağırzadənin "Səməni" mahnılarını, Nizami Rəmzinin "Novruz bayramı" və Namiq Qaraçuxurlunun "Kosa" meyxanalarını qeyd etmək olar.

Ədəbiyyatşünas Əzizə Cəfərzadə qeyd edirdi ki, ilin soyuq qış aylarından başlayaraq qeyd edilən xalq arasında "Novruzqabağı nəğmələr" adı ilə tanınan nəğmələr üç yerə ayrılırdı — "Çillə nəğmələri", "Çərşənbələr" və "Xıdır Nəbi" nəğmələri.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Azərbaycanda Novruz Bayramı EtimologiyaAzərbaycanda Novruz Bayramı TarixiAzərbaycanda Novruz Bayramı ÇərşənbələrAzərbaycanda Novruz Bayramı SimvollarıAzərbaycanda Novruz Bayramı Adət və ənənələrAzərbaycanda Novruz Bayramı Bayram süfrəsiAzərbaycanda Novruz Bayramı MədəniyyətdəAzərbaycanda Novruz Bayramı Həmçinin baxAzərbaycanda Novruz Bayramı İstinadlarAzərbaycanda Novruz Bayramı Xarici keçidlərAzərbaycanda Novruz BayramıNovruz bayramıSəməni

🔥 Trending searches on Wiki Azərbaycanca:

Su ehtiyatlarının çirklənməsiErmənistan azərbaycanlılarıRespublikaEverestRus əlifbasıAyKimyəvi reaksiyaKəpəz dağıAzərbaycan bayrağıDübəndi (geyim)ŞəkilçiAvropa ölkələrinin siyahısıÜmumi Daxili MəhsulPaleolitNizami GəncəviƏbdürrəhim bəy HaqverdiyevTelefonPrizmaKvadrat tənlikAzərbaycan Beynəlxalq BankıXankəndiRombBronxitMannaQuba rayonuLeykozAvropa Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısıEmin ƏmrullayevGərginlik (elektrik)QaraqoyunlularHidrogenMuğamRənglər siyahısıİtArazÇevrəVektor (riyaziyyat və fizika)Venera (planet)SəfəvilərUnitar dövlətDinAppendisitYerÜrək tutmasıBəxtiyar VahabzadəGəncə-Daşkəsən iqtisadi rayonuArıSilisiumMehdi HüseynzadəAzərbaycan coğrafiyasıUçan naməlum obyektAzərbaycan musiqisiNamazSadə cümlənin şəxsə görə növləriYanardağİnformasiyanın kodlaşdırılmasıƏxlaqElektrik müqavimətiMüsavat PartiyasıCəfər CabbarlıƏsrin müqaviləsiƏləsgər Ələkbərov (aktyor)Söz birləşməsiÇinQızıl yel xəstəliyiXBT-10 sinfinin siyahısıXatunBasketbolNadir şahTriqonometriyanın əsas düsturlarıRusiya–İran müharibəsi (1804–1813)İkinci Qarabağ müharibəsiXalçaNaftalan neftiOsman Mirzəyev🡆 More