Azərbaycan Xanlıqları: Azərbaycan xanlıqları haqqında

Azərbaycan xanlıqları və ya Qafqaz xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad.

Şəki və Quba xanlıqları istisna olmaqla, digər xanlıqlar məhz sırf 1747-ci ildə Nadir şah Əfşarın qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20–30-cu illərində mərhələ-mərhələ İran dövlətinin və Rusiya imperiyasının işğalına məruz qalmışdırlar.

Azərbaycan Xanlıqları: Arxa plan, Xanlıqlar, Həmçinin bax
18–19-cu əsrlərdə xanlıqlar (xəritə rus dilində).
Azərbaycan Xanlıqları: Arxa plan, Xanlıqlar, Həmçinin bax
Qafqazdakı xanlıqların xəritəsi və Rusiya-Qacar müharibələrindən sonrakı işğal tarixi (xəritə türk dilində).

Arxa plan

Nadir şah Əfşarın qəfil sui-qəsd nəticəsində öldürülməsi ilə onun nəhəng Əfşarlar imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII əsrin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət 14 dəfə əldən-ələ keçmiş və dövlətin paytaxtı 6 dəfə dəyişdirilmişdi.

XVIII əsrin gedişatında Nadir şah Əfşarın ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən istifadə edərək Azərbaycanda və Qafqazda özlərini de-fakto müstəqil aparmağa başladılar.

XVII əsrin sonlarından etibarən davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr sıx deyildi.

Üçüncü, beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi, regionda yeni bir mərkəzləşmiş dövlətin yaranması burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlmirdi.

Xanlıqların əmələ gəlməsinin ümumi səbəbləri ilə yanaşı, bəzi özümlü tərəfləri də var idi.

Cənubi Azərbaycan xanlıqları

Cənubi Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın Əfşarın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.

Təbriz və Xoy xanlıqları Dünbüli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747–1752) dayanırdı. Marağa xanlığı hələ Nadir şahın sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək, Nəzərəli xan Şahsevən idarə edib. O, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xan taxta çıxdı.

Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747–1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747–1786) yaratmışdır.

Cənubi Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.

Şimali Azərbaycan xanlıqları

Böyük Azərbaycan tarixçisi və etnoqraf olan Abbasqulu Ağa Bakıxanov Şimali Azərbaycan xanlıqlarının yaranması haqqında yazırdı: "İndi də Nadir şahın Əfşarın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şah Əfşarın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürərək indiki Quba şəhərinin "Qudyal" adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxalı Наcı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi".

Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747–1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.

Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq – Qarabağ və Gəncə xanlıqları yarandı. Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır… Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə ilə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".

Qarabağda cavanşir, iyirmi dörd, otuz iki, kəbirli, baharlı və başqa Türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI əsrin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyad oğlu nəslinin əlində idi. Nadir xanın "şah seçkisindən" sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.

O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağıraraq öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. О cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII əsrin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı", lakin Muğan qurultayından sonra Nadir şah Əfşar onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy "şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737–1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən, onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi, lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də, fayda vermədi".

Beləliklə, hələ Nadir şah Əfşarın sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırıb müxalifətə keçmişdi. Nadir şah Əfşarın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.

Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760–1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdır.

Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.

Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Əfşar Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi. Burada idarə işləri hakim-e ölkə ve hakim-e tümənə tapşırılırdı. Nadir şah Əfşarın ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan şəhəri müstəqil xanlıq elan edildi.

İrəvan xanlığı Ağrı düzənliyini, Göyçə gölü ətrafı və onunla Dərələyəz arasındakı torpaqları əhatə edirdi. Xanlığın banisi Mir Məhəmməd xan Qacar idi.

Beləliklə, XVIII əsrin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla, olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.

Çar Rusiyası tərəfindən Şimal Azərbaycan xanlıqlarının işğalı

1805-ci ildə İran dövləti ilə bağlanmış sülh müqaviləsinə əsasən, paytaxtı Şuşa olmaqla, Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806–1813-cü illərdə Rusiya imperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd xanlığı Rusiya İmperiyasına daxil edildilər. Nəhayət, 1827-ci ildə Rusiya Naxçıvan və İrəvan xanlıqlarını da işğal etdi.

İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini möhkəmləndirməyə çalışan Rusiya İmperiyası ələ keçirdiyi ərazilərdə İranda və Osmanlı imperiyasında yaşayan xristian erməniləri köçürərək yerləşdirməyə başladı. Bu siyasətin nəticəsində təkcə 1828-1830-cu illər aralığında təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.

Xanlıqlar

Şimali Azərbaycan ərazisində

Cənubi Azərbaycan ərazisində

Xanlıqlar və ellər

Həmçinin bax

İstinadlar

Tags:

Azərbaycan Xanlıqları Arxa planAzərbaycan Xanlıqları XanlıqlarAzərbaycan Xanlıqları Həmçinin baxAzərbaycan Xanlıqları İstinadlarAzərbaycan XanlıqlarıAzərbaycan RespublikasıCənubi AzərbaycanErmənistanNadir şah ƏfşarQacarlarQuba xanlığıRusiya imperiyasıTarixşünaslıqŞəki xanlığı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Kəlmeyi-şəhadətRomaMöminə Xatun türbəsiLütfi ZadəRövşən NəcəfYuri QaqarinSıra sayıElçin Quliyev (general-polkovnik)Mart soyqırımıRefleksƏbülfəz ElçibəyGülyaz MəmmədovaTəbii peykKompüter oyunuBalaca şahzadəMuğamGoranboyQarabağ atıFüzuli rayonuQubaPortuqaliyaOkeanZəfər Günü (Azərbaycan)Qoşma (qrammatika)Azərbaycan adalarının siyahısıYaponiyaAzərbaycan təbiətiMəsdərOlimpiya oyunlarıDinDövlət Sərhəd Xidməti (Azərbaycan)İkinci Dünya müharibəsiKompüterÇövkənVektor (riyaziyyat və fizika)Azərbaycan mətbəxiXarıbülbülSaturn (planet)Ümumdünya cazibə qanunuQızılgülTürk Dövlətləri TəşkilatıTabesiz mürəkkəb cümlələrMenstruasiyaƏvəzlikAntonimRespublikaKitabi-Dədə QorqudPrizmaBirləşmiş Ərəb ƏmirlikləriBağlayıcıİnformatikaLeyli və Məcnun (Füzuli)AtropatenaGöl qurbağasıI Osman20 manatlıq əsginasXarıbülbül (simvol)FederasiyaMilli Məclis (Azərbaycan)Dövlət İdarəçilik Akademiyası (Azərbaycan)Ekoloji problemlərAzərbaycan PrezidentiİtaliyaAzıx mağarasıMenecmentŞimali AmerikaÜzeyir HacıbəyovAzərbaycanda Stalin repressiyalarıAytən Səfərovaİnsan penisiKoroğlu dastanıLeykozI AbbasMicrosoft ExcelSadə ədədXalqlar Dostluğu metrostansiyasıMisFutbolAğrı dağı🡆 More