Azərbaycanın Qırmızı Kitabı

Azərbaycan Respublikasının Qırmızı Kitabı — Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir.

O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Azərbaycanın Qırmızı Kitabı
Qırmızı flaminqo

Kitab haqqında ümumi məlumat

Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü və 140 bitki növü haqqında məlumat əks etdirirlir.

Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.

Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.

Qırmızı kitabın ikinci nəşri

Qanunvericiliyə əsasən, hər on ildən bir yeni nəşrin çap olunması nəzərdə tutulsa da, kitabın II nəşri 24 il gecikib. Yəni Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın II nəşri 2013-cü ildə çapdan çıxıb.

Azərbaycanın "Qırmızı Kitab"ının ikinci nəşri çox arzuolunan bir haldır. Akademik Cəlal Əliyevin rəhbərliyi altında respublika ərazisində yayılmış nadir və nəsli kəsilməkdə olan bitki, göbələk (I cild) və fauna (II cild) növlərinin tədqiqi üzrə nəticələri əks etdirən "Azərbaycan Respublikasının Qırmızı Kitabı" (ikinci nəşr) hazırlanmış və dərc edilmişdir. 300 ali və ibtidai bitki, həmçinin göbələk və 223 fauna növü, onların yayılması, sayı və azalma tendensiyaları haqqında məlumatlar ilk dəfə olaraq kitaba daxil edilmişdir.

"Qırmızı kitab"ın II nəşrində respublika flora və faunasının qorunmağa ehtiyacı olan növləri haqqında məlumat verilir. Siyahıya daxil edilmiş 300 növün 266-sı ali bitkilərə, 20-si ibtidai (6 yosun, 13 şibyə və 1 mamır) bitkilərə və 14-ü göbələk növlərinə aiddir. Ali bitkilərin arasında:

Plaunkimilər – 1 növ Qatırquyruğukimilər – 1 növ Qıjıkimilər – 4 növ Çılpaqtoxumlular — 4 növ İkiləpəli örtülütoxumlular – 256 növ təşkil edir.

Kitabın ikinci nəşrinə nadir və nəsli kəsilməkdə olan 206 növ heyvan daxil edilmişdir.

Nadir fauna və flora növlərinin qorunub saxlanılması

Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir. Dağıstan dağ keçisi Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamayı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var.

Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 milyonadək nərə balığı, 600 min qızılbalıq və 800 milyondan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.

Qırmızı kitaba düşmüş bitkilər

Qırmızı kitaba düşmüş heyvanlar

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Tags:

Azərbaycanın Qırmızı Kitabı Kitab haqqında ümumi məlumatAzərbaycanın Qırmızı Kitabı Qırmızı kitabın ikinci nəşriAzərbaycanın Qırmızı Kitabı Nadir fauna və flora növlərinin qorunub saxlanılmasıAzərbaycanın Qırmızı Kitabı Qırmızı kitaba düşmüş bitkilərAzərbaycanın Qırmızı Kitabı Qırmızı kitaba düşmüş heyvanlarAzərbaycanın Qırmızı Kitabı İstinadlarAzərbaycanın Qırmızı Kitabı Xarici keçidlərAzərbaycanın Qırmızı Kitabı Həmçinin baxAzərbaycanın Qırmızı KitabıAzərbaycan RespublikasıXəzər dənizi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Şuşa qalasıAzərbaycan əlifbasıQoşma (qrammatika)Qız qalasıŞri-LankaVladimir PutinSəməd bəy MehmandarovSahibə QafarovaAK-74YazAğdamMark TvenƏhməd CavadBeyləqan rayonuŞiəlikAtropatenaABŞ-nin ştatlarıQan qrupuSayMesopotamiyaİsimRafael İsgəndərovNATOAzərbaycan mətbuatıSuçiçəyiŞüalanmaRoza ZərgərliSəməd VurğunŞuşaFutbolMoskvaFris HaberDubayHektarAzərbaycanın sərhədləriİtaliyaDördbucaqlıSkelet (insan)PsixologiyaNərdNəriman NərimanovCəbrayıl rayonuMonqolların Azərbaycana ilk yürüşüTürkmənçay müqaviləsiUEFA Avro 2024Xərçəng xəstəliyiŞəki xanlığıAfaq BəşirqızıAzərbaycan Silahlı Qüvvələriİnsan penisinin uzunluğuPielonefritEpilepsiya9 (ədəd)RəqsanəVideosexƏsas nitq hissələriSüni intellektDağıstanMuğamHüseyn CavidQopuzPasxaRövşən LənkəranskiGərginlik (elektrik)I TəhmasibAğciyər xərçəngiAğdam rayonuBucaqMüxtəsər vurma düsturlarıAzərbaycan memarlığıAprel döyüşləriMadyanRöya AyxanOkeanXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Feminizm🡆 More