Azərbaycan - İsveçrə Futbol Oyunu

Azərbaycan - İsveçrə futbol oyunu 31 avqust 1996-cı ildə, DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Seçmə mərhələnin 3-cü qrupunda oynayan Azərbaycan və İsveçrə komandaları, dünya birinciliyinə vəsiqə verən yerlərdən biri uğrunda mübarizə aparırdılar.

Azərbaycan - İsveçrə futbol oyunu
Azərbaycan - İsveçrə Futbol Oyunu
Turnir 1998 FİFA Dünya Kuboku (seçmə mərhələ)
Tarix 31 avqust 1996
Yer Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı
Hakim Polşa Rışard Vuyçik
Tamaşaçı 15 000

Görüş məşqçi Kazbek Tuayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın sensasiyalı qələbəsi ilə nəticələnib — 1:0. Oyunu Rışard Vuyçikin rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edirdi. Bu qələbə futbol üzrə Azərbaycan yığmasının rəsmi görüşlərdə qazandığı ilk qələbə idi. Onu da qeyd etmək lazımdır ki, bu matç yekunda Azərbaycan milli komandasının həmin seçmə turnirdə uduzmadığı yeganə oyun olmuşdur.

Arxa plan

Azərbaycan və İsveçrə komandalarının görüşü 3-cü qrupun ikinci oyunu olmalı idi. Buna qədər Azərbaycan yığması səfərdə Norveç yığmasına 5:0 hesablı darmadağınla məğlub olmuşdu və qrupun autsayderi sayılırdı. İsveçrə yığması isə 1996-cı ilin iyununda Avropa çempionatında iştirak etmişdi və yeni baş məşqçi Rolf Fringerin rəhbərliyi altında ilk oyununu keçirməli idi. İsveçrə bu oyunda aşkar favorit idi..

Görüş

Oyunun detalları

31 avqust 1996
16:00 MAV
Azərbaycan - İsveçrə Futbol Oyunu  Azərbaycan 1 : 0
Hesabat
Azərbaycan - İsveçrə Futbol Oyunu   İsveçrə
Vidadi Rzayev Azərbaycan - İsveçrə Futbol Oyunu  26' Qollar
Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı
Tamaşaçı: 15 000
Hakim: Azərbaycan - İsveçrə Futbol Oyunu  Rışard Vuyçik
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan - İsveçrə Futbol Oyunu 
İsveçrə
Azərbaycan - İsveçrə Futbol Oyunu 
Azərbaycan:
Q 1 Aleksandr Jidkov
M 2 Arif Əsədov
M 3 Deni Qaysumov Azərbaycan - İsveçrə Futbol Oyunu  38'
M 4 Tərlan Əhmədov
YM 5 Vyaçeslav Lıçkin Azərbaycan - İsveçrə Futbol Oyunu  89'
YM 6 Rasim Abuşev
M 7 Emin Ağayev Azərbaycan - İsveçrə Futbol Oyunu  39' Azərbaycan - İsveçrə Futbol Oyunu  86'
YM 8 Vidadi Rzayev Azərbaycan - İsveçrə Futbol Oyunu  26' Azərbaycan - İsveçrə Futbol Oyunu  35' Azərbaycan - İsveçrə Futbol Oyunu  69'
YM 9 Ruslan İdiqov
H 10 Nazim Süleymanov (k)
H 15 Yunis Hüseynov
Ehtiyat oyunçular:
H 11 Qurban Qurbanov Azərbaycan - İsveçrə Futbol Oyunu  69'
M 12 Vladislav Nosenko
M 13 İqor Getman Azərbaycan - İsveçrə Futbol Oyunu  86'
H 14 Samir Ələkbərov Azərbaycan - İsveçrə Futbol Oyunu  89'
YM 16 Nizami Sadıqov
YM 17 Rüfət Quliyev
Baş məşqçi:
Azərbaycan - İsveçrə Futbol Oyunu  Kazbek Tuayev
Azərbaycan - İsveçrə Futbol Oyunu 
İsveçrə:
Q 1 Marko Paskolo
M 2 Mark Hottiger (k)
M 3 İvan Kenten Azərbaycan - İsveçrə Futbol Oyunu  68'
M 4 Stefan Anşo Azərbaycan - İsveçrə Futbol Oyunu  69'
M 5 Ramon Veqq
M 6 Murat Yakın Azərbaycan - İsveçrə Futbol Oyunu  60' (pen.)
YM 7 Aleksandr Komizetti Azərbaycan - İsveçrə Futbol Oyunu  81'
M 8 Kristof Oryol Azərbaycan - İsveçrə Futbol Oyunu  75'
H 9 Adrian Knup Azərbaycan - İsveçrə Futbol Oyunu  67'
YM 10 Çiriako Sfortsa
H 11 Kubilay Türkyılmaz
Ehtiyat oyunçular:
Q 12 Paskal Tsuberbyuler
YM 13 Rafael Viki
YM 14 Patrik Silvestre
YM 15 Sebastyan Furnye
H 16 Kristof Bonvin Azərbaycan - İsveçrə Futbol Oyunu  81'
H 17 Stefan Şapyuiza Azərbaycan - İsveçrə Futbol Oyunu  67'
YM 18 David Sesa Azərbaycan - İsveçrə Futbol Oyunu  75'
Baş məşqçi:
Azərbaycan - İsveçrə Futbol Oyunu  Rolf Fringer

Köməkçi hakimlər:
Azərbaycan - İsveçrə Futbol Oyunu  Yaçek Potsinqil
Azərbaycan - İsveçrə Futbol Oyunu  Kşiştof Slupik
Ehtiyat hakim:
Azərbaycan - İsveçrə Futbol Oyunu  Marek Kovalçuk

Matçın nizamnaməsi

  • 90 dəqiqədən ibarət əsas vaxt.
  • Maksimum üç əvəzetmə.

Realizə olunmayan penalti

Azərbaycan - İsveçrə Futbol Oyunu 
Murat Yakın — penaltini qaçıran futbolçu

Matçın 60-cı dəqiqəsində Azərbaycanın qapısına şübhəli 11 metrlik cərimə zərbəsi təyin olunub. Zərbəni Murat Yakın vurub. Lakin İsveçrə yığmasının futbolçusu penaltini qola çevirə bilməyib və matçın hesabı dəyişməz qalıb. Sonralar Azərbaycan yığmasının oyunçusu Yunis Hüseynov xatırlayırdı ki, 11 metrlik cərimə zərbəsi təyin olunan zaman, o, "hiss edirdi ki, top qapıdan keçməyəcək". Vidadi Rzayev isə bildirib ki, "bu penaltidən sonra biz hiss edirdik ki, bu oyunu udacağıq". Qaçan penaltidən dərhal sonra, təyin olunmuş penaltini "ədalətsiz" adlandıran şərhçi Fikrət Adıgözəlli deyib: "Haqq-ədalət öz yerini tutdu. Bu 11 metrlik cərimə zərbəsi qolla yekunlaşmamalı idi".

Tarixi penaltini vura bilməmiş Murat Yakının özü isə 15 il sonra həmin epizodu belə xatırlayır.

“Bakıdakı matçda 11 metrlik cərimə zərbəsi təyin olunan kimi bütün oyunçularımız topdan uzaqlaşdı. Onların heç biri zərbə vurmağa ürək etmirdi. Komanda yoldaşlarımın məsuliyyətdən çəkindiyini görüb topa özüm yaxınlaşdım. Hər şeyi də düz etmişdim. Topu qapının sol küncünə göndərdim. Azərbaycan yığmasının qapıçısı isə əks küncdə aciz vəziyyətdə uzanmışdı. Onu aldadıb sağa tullanmağa məcbur etmişdim. Lakin təəssüf ki, top sol dirəkdən yan keçdi. Amma bir şeylə fəxr edə bilərəm ki, qapıçının üstünə vurmamışdım. Ümumiyyətlə karyeram boyu heç vaxt penalti zamanı qapıçını nişan almamışam. Hər halda qapıdan yan vurmaq qolkiperin üstünə vurmaqdan yaxşıdır”.

Heydər Əliyevin iştirakı

Təxminən 20-ci dəqiqədə oyuna baxmağa Azərbaycan Prezidenti Heydər Əliyev gəldi. O, 30-32 dəqiqə oyunu izləyib. Yunis Hüseynov xatırlayırdı ki, "stadionda dedilər ki, Heydər Əliyev bu oyunda iştirak edir... biz heç nəyə baxmayaraq, bu oyunu udmalıyıq". Azərbaycan yığmasının məşqçisi Kazbek Tuayev isə, Heydər Əliyevin gəlişini "uğurlu" adlandırıb, çünki, o gəldikdən 6 dəqiqə sonra yığmamız qol vurub.

Oyundan sonra

FİFA reytinqi

Azərbaycan komandasının qələbəsi FİFA-nın reytinqində vəziyyətinə də təsir edib. Bütün amilləri nəzərə alaraq (oyunun vacibliyi, oynayan komandaların reytinqi və yekun hesab), Azərbaycana İsveçrə üzərində qələbəyə görə 12 xal verilib və yığma 133-cü yerdən 121-ci yerə yüksəlib. İsveçrə isə bu məğlubiyyətdən sonra 2 xal itirib və reytinqdə 31-ci yerdən 35-ci yerə düşüb.

Azərbaycanda reaksiya

Azərbaycan yığmasının baş məşqçisi Kazbek Tuayev "Bizim futbol" verilişinə müsahibəsində deyib:

Biz bir komanda idik və bizim yalnız bir məqsədimiz var idi — qalib gəlmək. İlk beş dəqiqədən sonra mən əmin idim ki, uduzmayacağıq. Biz qələbə qazanacağıq və ya heç-heçə edəcəyik, mən deyə bilməzdim, lakin ilk beş dəqiqədən sonra mən əmin idim ki, uduzmayacağıq... Bizim yaratdığımız qol vəziyyətlərini, onlar yarada bilmirdilər, çünki həmin gün biz daha sürətli və daha güclü idik.

Vurulan yeganə qolun müəllifi Vidadi Rzayev xatırlayırdı:

Nazim Süleymanov, Yunis Hüseynov və mən - biz üçlükdə rəqibi əks-hücumda yaxaladıq və Yunis Hüseynovun gözəl ötürməsindən sonra bu qol alındı.

Vidadi Rzayev 2016-cı ildə verdiyi müsahibədə bu qələbəyə görə hər futbolçuya 2000 ABŞ dolları mükafat verildiyini deyib.

Oyunu şərh etmiş Fikrət Adıgözəlli öz müsahibəsində bildirib ki: "oyunu necə şərh etdiyimə belə fikir vermirdim. Özümü meydançada futbolçularla bir yerdə hiss edirdim. İsveçrə ilə matçdan sonra bərk həyəcan keçirmişdim. 2 ay ürək ağrısından müalicə olundum. Həkim dedi ki, bərk həyəcan keçirmisiniz".

İsveçrədə reaksiya

İsveçrənin "Tages Anzeiger" qəzeti yazırdı ki, 31 avqust 1996-cı ildə hamı İsveçrənin təmiz qələbəsini gözləyirdi. Amma hər şey tamam başqa cür oldu. Bakıdakı oyun İsveçrə üçün tam fiasko ilə nəticələndi. Bu nəticə, Fringer üçün milli komandanın məşqçisi postunda sonun başlanğıcı oldu.

2008-ci ildə İsveçrə yığması Sürixdə DÇ-2010-un seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlub olub. Bundan sonra İsveçrənin "Neue Zurcher Zeitung" qəzeti yazırdı ki, bu məğlubiyyət "12 il əvvəl Bakıda Azərbaycana 0:1 hesabı ilə məğlub olmağımızı xatırladır". Qəzet qeyd edib ki, Bakıdakı məğlubiyyət "heç vaxt əl çəkməyəcək yapışmış lənət kimi idi" və əlavə edib ki, "bu məğlubiyyət, o vaxtdan İsveçrə futbolunun yeni tarixində ən pis nəticə olub".

2009-cu ildə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda (həmin stadionda) eyniadlı futbol klubu ilə İsveçrənin "Bazel" klubu arasında baş tutmuş görüşdən öncə İsveçrənin "Tages Anzeiger" qəzeti yazırdı:

"Bakı" sözü isveçrəli futbol azarkeşlərinə təsir edir. İsveçrə yığması Azərbaycanın paytaxtında özünün ən böyük utancverici anlarından birini yaşayıb. Bu hadisə 31 avqust 1996-cı ildə, Xəzər dənizinin sahilindəki ölkədə DÇ-1998-in seçmə mərhələsinin start götürdüyü, Rolf Fringerin milli yığmanın məşqçisi kimi debüt etdiyi, Murat Yakının penalti vurduğu və yekunda, İsveçrənin FİFA reytinqində 133-cü pilləni tutan komandaya 0:1 hesablı alçaldıcı məğlubiyyətə uğradığı zaman baş verib.

İstinadlar

Xarici keçidlər

Tags:

Azərbaycan - İsveçrə Futbol Oyunu Arxa planAzərbaycan - İsveçrə Futbol Oyunu GörüşAzərbaycan - İsveçrə Futbol Oyunu Oyundan sonraAzərbaycan - İsveçrə Futbol Oyunu İstinadlarAzərbaycan - İsveçrə Futbol Oyunu Xarici keçidlərAzərbaycan - İsveçrə Futbol Oyunu19961998 FİFA Dünya Kuboku31 avqustAzərbaycan milli futbol komandasıBakıTofiq Bəhramov adına Respublika Stadionuİsveçrə milli futbol komandası

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qan qrupuAvtomobilin tarixiAprel döyüşləriTəravih namazıTəvəssül duasıÇaparlı (Şəmkir)Nisə QasımovaSürücülük vəsiqəsiAyDairəDinGərginlik (elektrik)SünnilikSpermaManipulyasiyaGəncə qalasının işğalıŞuşanın azad edilməsiGədəbəy rayonuTrapesiyaSakit okeanParasetamolSalatın ƏsgərovaHamiləlikBirləşmiş Millətlər TəşkilatıQurban bayramıÇin tarixiNadir şahOrxan SultanovAzərbaycan milli futbol komandasıAnklavFinlandiyaLaçın rayonuƏli Nağıyev (general)İsveçAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıHəmcins üzvlərƏhməd CavadƏsas nitq hissələriAlov qüllələriQızılFeminizmŞumerKleopatraGinnesin Rekordlar KitabıCəlil MəmmədquluzadəQanuni oğruQadın reproduktiv sistemləriMenstruasiyaKamran İmanovİnfeksiyaMehriban ƏliyevaMüsavat PartiyasıLotu HikmətFüzuli rayonuPsixologiyaXaçmaz rayonuQİÇSUşaqlıq yolu (anatomiya)Leyli və Məcnun (Nizami)Dünya ölkələrinin pul vahidləriKompüter şəbəkəsiKriştiano RonaldoHəzm sistemiBucaqElçin İsgəndərzadəAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıİmam MehdiLeksikaMorfologiya (linqvistika)Elçin Quliyev (general-polkovnik)Badri KvaratsxeliyaMissioner pozasıGənəgərçək yağıAzərbaycan Texniki UniversitetiÇilov adasıHidrogenBəylər Eyyubov🡆 More