Azərbaycandakı Quşların Siyahısı: Quşlar

Azərbaycanın quşları — Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur.

Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi.

Azərbaycandakı Quşların Siyahısı: Azərbaycanda yayılmış quşların siyahısı, Azərbaycan Quşları Üzrə Əsas Ədəbiyyat, Xarici keçid
Mərmər cürə. 1993-cü il yaz-yay hesablamaları üzrə Sarısu və Ağgöl göllərinin hər birində yuvalayan quşların sayı 200 fərd olub. 1995-ci ilin əvvəlində Qızılağac qoruğunun Lopatin və Akuşa postları arasındakı su hövzələri üzrə çay ördəklərinin toplantılarında 54 mərmər cürə qeydə alınmışdır.
Azərbaycandakı Quşların Siyahısı: Azərbaycanda yayılmış quşların siyahısı, Azərbaycan Quşları Üzrə Əsas Ədəbiyyat, Xarici keçid
Berqut. Təbiətdə sayı. 1990-1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Azərbaycandakı Quşların Siyahısı: Azərbaycanda yayılmış quşların siyahısı, Azərbaycan Quşları Üzrə Əsas Ədəbiyyat, Xarici keçid
Fısıldayan qu. Yayılması. Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı.1993-cü ildə aparılan hesablamalara əsasən Azərbaycanda qışlayan quların sayı 3200 fərddən çox olmuşdur.
Azərbaycandakı Quşların Siyahısı: Azərbaycanda yayılmış quşların siyahısı, Azərbaycan Quşları Üzrə Əsas Ədəbiyyat, Xarici keçid
Qızılqaz. Qızılağac körfəzində 1933-1934-cü illərdə qış mövsümündə 20 mindən artıq, 1956-cı ilin dekabrında – 5 min, 1957-ci ilin fevralında güclü şaxtalardan sonra – 400-ə kimi, 1976-1977-ci illərdə – 200, 1979-cu ilin yanvarında – 200, 1982-ci ildə – 150, 1993-cü ildə – 800, 1994-cü ildə – 2800 quş müşahidə olunmuşdur.

Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir.

Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub - Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə 4unar-cı illərdə qış mövsümündə 2 milyondan çox su-bataqlıq quşu, xüsusilədə ördək, qaşqaldaq və qaz ovlanmışdır. 36 növ quş Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Azərbaycan ornitofaunasından 23 növ Dünya Qırmızı Kitabına daxil edilmişdir (bax "Nadir və qiymətli quşlar"). Azərbaycanda quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatlıq amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.), neft çıxarılması və daşınması (xüsusilədə dənizdə; bax "neft və quşlar"), elektirik xətləri (bax "Quşlar və EX (Elektrik Xəttlər)) və başqalarıdır.

Quşların, ilk növbədə su-bataqlıq quşlarının qorunması üçün Qızılağac və Ağgöl qoruqları təşkil edilmişdirki, burada 500 mindən çox quş qışlayır. Bundan başqa Samux qoruq-ovçuluq təsərrüfatında, Gil və Şahdili yasaqlağında və digər yasaqlıqlarda quşlar qorunub mühafizə edilir. Sarısu (400-500 min qışlamada), Mahmudçala (40 min), Kürün deltasında (miqrasiyada 75 min), Abşeron-Qobustan sahillərində (Pirallahi-Pirsaat kəsiyində - 200 min ) və digər sahələrdə daha çoxdur. Azərbaycanda ekoturizm kimi istiqamətin, xüsusilədə bedvodçinqin (quşların müşahidəsi) inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Quşları burada il boyu, həm qışlamada, həm köç, həmdə yuvalama zamanı müşahidə etmək mümkündür. Burada vağların, ibislərin, qarabattaqların qamışlıqda, qağayı və sternaların adalarda, hətta istifadəsiz neft özüllərində çoxsaylı koloniyalarını müşahidə etmək olur. Qışda bəzgəglərin nəhəng sürüləri, qartallar, kərkəslər yemlənmək üçün düzənlərə gəlir. Xəzər sahillərində və daxili su hövzələrində su quşlarının nəhəng sürüləri toplaşır.

Quşlar Azərbaycanın sərvətidir, onları qorumaq və daha da artırmaq üçün bütün mümkün imkanlardan istifadə etmək lazımdır.

Dəstə Növlərinin sayı
Sərçəkimilər (Passeriformes) 156
Çovdarçıkimilər (Charadriiformes) 65
Qızılquşkimilər (Falconiformes) 37
Qazkimilər (Anseriformes) 31
Durnakimilər (Gruiformes) 14
Leyləkkimilər (Ciconiiformes) 13
Qaqarkimilər (Gaviiformes) 11
Göyərçinkimilər (Columbiformes) 8
Ağacdələnkimilər (Piciformes) 8
Toyuqkimilər (Galliformes) 8
Bayquşkimilər (Strigiformes) 8
Rakşikimilər (Coraciiformes) 6
Maygülükimilər (Podicipediformes) 5
Qutankimilər (Pelecaniformes) 4

Azərbaycanda yayılmış quşların siyahısı

Dəstə: Qaqar (Gaviiformes)

Qaqar (Gaviidae)

Dəstə: Maygülülər (Podicipediformes)

Maygülülər (Podicipedidae)

Dəstə: Qutankimilər (Pelecaniformes)

Qutan (Pelecanidae)

Qarabatdaqlar (Phalacrocoracidae)

Dəstə: Leyləkkimilər (Ciconiiformes)

Vağlar (Ardeidae)

Leyləklər (Ciconiidae)

İbislər (Threskiornithidae)

Dəstə:Qızılqazkimilər (Phoenicopteriformes)

Qızılqazlar (Phoenicopteridae)

Dəstə: Qazkimilər (Anseriformes)

Ördəklər (Anatidae)

Dəstə: Qızılquşkimilər (Falconiformes)

Qaraquşular (Pandionidae)

Qırğılar (Accipitridae)

Qızılquşlar (Falconidae)

Dəstə: Toyuqkimilər (Galliformes)

Qırqovullar (Phasianidae)

Dəstə: Durnakimilər (Gruiformes)

Durnalar (Gruidae)

Sufərələri (Rallidae)

Dovdaqlar (Otididae)

Dəstə: Çovdarçıkimilər (Charadriiformes)

Alacüllüt (Haematopodidae)

Bizdimdiklər (Recurvirostridae)

Pərttəgözlər (Burhinidae)

Haçaquyruqlar (Glareolidae)

Çovdarçılar (Charadriidae)

Tənbəlcüllütlər (Scolopacidae)

Sahilqağayıları (Stercorariidae)

  • Kiçik dənizçi (Stercorarius pomarinus)

Qağayıkimilər (Laridae)

Susüpürənlər (Sternidae)

Dəstə: Bağrıqaralar (Columbiformes)

Göyərçinlər (Columbidae)

Bağrıqaralar (Pteroclidae)

Dəstə: Quququşukimilər (Cuculiformes)

Quququşular (Cuculidae)

  • Adi quququşu (Cuculus canorus)

Dəstə: Bayquşkimilər (Strigiformes)

Alabayquşlar (Tytonidae)

Bayquşlar (Strigidae)

Dəstə: Keçisağankimilər (Caprimulgiformes)

Keçisağanlar (Caprimulgidae)

Dəstə: Uzunqanadkimilər (Apodiformes)

Uzunqanadlar (Apodidae)

Dəstə: Rakşikimilər (Coraciiformes)

Balıqçıllar (Alcedinidae)

Qızlarquşular (Meropidae)

Əsl rakşilər (Coraciidae)

Şanapipik (Upupidae)

Dəstə: Ağacdələnkimilər (Piciformes)

Ağacdələnlər (Picidae)

Dəstə: Sərçəkimilər (Passeriformes)

Torağaylar (Alaudidae)

  • Tarla torağayı (Alauda arvensis)
  • Kiçik tarla torağayı (Alauda gulgula)
  • Boz torağay (Calandrella brachydactyla)
  • Kiçik boz torağay (Calandrella rufescens)
  • Buynuzlu torağay (Eremophila alpestris)
  • Kəkilli torağay (Galerida cristata)
  • Meşə torağayı (Lullula arborea)
  • İkixallı çöl torağayı (Melanocorypha bimaculata)
  • Çöl torağayı (Melanocorypha calandra)
  • Ağqanad torağay (Melanocorypha leucoptera)
  • Qara torağay (Melanocorypha yeltoniensis)

Qaranquşlar (Hirundinidae)

Quyruqsallayanlar (Motacillidae)

  • Çöl haçaqanadı (Anthus campestris)
  • Qırmızıdöş haçaqanad (Anthus cervinus)
  • Çəmən haçaqanad (Anthus pratensis)
  • Dağ haçaqanadı (Anthus spinoletta)
  • Meşə haçaqanadı (Anthus trivialis)
  • Ağ quyruqsallayan (Motacilla alba)
  • Dağ quyruqsallayanı (Motacilla cinerea)
  • Sarıbaş quyruqsallayan (Motacilla citreola)
  • Sarı quyruqsallayan (Motacilla flava)

Kralcıq (Regulidae)

  • Sarıbaş kralcıq (Regulus regulus)

Ardıcquşlar (Bombycillidae)

  • Ardıc quşu (Bombycilla garrulus)

Su sərçələri (Cinclidae)

  • Su sərçəsi (Cinclus cinclus)

Birəbittənlər (Troglodytidae)

  • Birəbitdən (Troglodytes troglodytes)

Çərənçilər (Prunellidae)

  • Alp çərənçisi (Prunella collaris)
  • Meşə çərənçisi (Prunella modularis)
  • Aladöş çərənçi (Prunella ocularis)

Qaratoyuqlar (Turdidae)

Qısaqanad qamışcıllar (Cettiidae)

Qamışçıllar (Megaluridae)

  • Hindistan qamışcılı (Acrocephalus agricola)
  • Qaratoyuğabənzər qamışcıl (Acrocephalus arundinaceus)
  • Bağ qamışcılı (Acrocephalus dumetorum)
  • Nazikdimdik qamışcıl (Acrocephalus melanopogon)
  • Gizlin qamışcıl (Acrocephalus schoenobaenus)
  • Bataqlıq qamışcıl (Acrocephalus palustris)
  • Çəmən qamışcılı (Acrocephalus scirpaceus)
  • Kiçik zəvzək (Hippolais caligata)
  • Meşə zəvzəyi (Hippolais icterina)
  • Səhra zəvzəyi (Hippolais languida)
  • İri zəvzək (Hippolais pallida)
  • Adi sisək quşu (Locustella naevia)
  • Bülbülü sisək quşu (Locustella luscinioides)
  • Sin-sin yarpaqgüdəni (Phylloscopus collybita)
  • Cır-cır yarpagüdəni (Phylloscopus sibilatrix)
  • Mərkəzi Asiya yarpaqgüdəni (Phylloscopus sindianus)
  • Sarıqarın yarpaqgüdən (Phylloscopus trochiloides)
  • Bahar yarpaqgüdəni (Phylloscopus trochilus)
  • Qarabaş silvi (Sylvia atricapilla)
  • Bağ silvisi (Sylvia borin)
  • Şərqi Orfey silvisi (Sylvia crassirostris)
  • Boz silvi (Sylvia communis)
  • Çərənçi silvi (Sylvia curruca)
  • Oxuyan silvi (Sylvia hortensis)
  • Ağbığ silvi (Sylvia mystacea)
  • Səhra silvisi (Sylvia nana)
  • Qırğıyabənzər silvi (Sylvia nisoria)

Milçəkqapanlar (Muscicapidae)

  • Tuğay bülbülü (Cercotrichas galactotes)
  • Şəfəq bülbülü (Erithacus rubecula)
  • Ağboyun milçəkqapan (Ficedula albicollis)
  • Ala milçəkqapan (Ficedula hypoleuca)
  • Xırda milçəkqapan (Ficedula parva)
  • Yaxalıqlı milçəkqapan (Ficedula semitorquata)
  • Ağboğaz bülbül (Irania gutturalis)
  • Adi bülbül (Luscinia luscinia)
  • Qərb bülbülü (Luscinia megarhynchos)
  • Serə bülbülü (Luscinia svecica)
  • Boz milçəkqapan (Muscicapa striata)
  • Qaraca odquyruq (Phoenicurus ochruros)
  • Adi odquyruq (Phoenicurus phoenicurus)
  • Səhra çaxraxçılı (Oenanthe deserti)
  • Qaraboyun çaxraxçıl (Oenanthe finschii)
  • Qaraqulaq çaxraxçıl (Oenanthe hispanica)
  • Oynaq çaxraxçıl (Oenanthe isabellina)
  • Adi çaxraxçıl (Oenanthe oenanthe)
  • Keçəl çaxraxçıl (Oenanthe pleschanka)
  • Qızılquyruq çaxraxçıl (Oenanthe xanthoprymna)
  • Qırmızıbel odquyruq (Phoenicurus erythrogaster)
  • Çəmən çəkçəkisi (Saxicola rubetra)
  • Qarabaş çəkçəki (Saxicola rubicola)
  • Sibir çəkçəkisi (Saxicola maura)

Paradoxornithidae

  • Panurus biarmicus

Aegithalidae

  • Aegithalos caudatus

Sittalar (Sittidae)

  • Adi sitta (Sitta europaea)
  • Kiçik qayalıq sittası (Sitta neumayer)
  • Böyük qayalıq sittası (Sitta tephronota)
  • Qırmızıqanad qayaquşu (Tichodroma muraria)

Süzərlər (Certhiidae)

Arıquşları (Paridae)

Sarıköynəklər (Oriolidae)

  • Adi sarıköynək (Oriolus oriolus)

Alaçöhrə (Laniidae)

  • Adi alaçöhrə (Lanius collurio)
  • Kürənquyruq alaçöhrə (Lanius isabellinus)
  • Boz alaçöhrə (Lanius meridionalis)
  • Qaraalın alaçöhrə (Lanius minor)
  • Qırmızıbaş alaçöhrə (Lanius senator)

Qarğalar (Corvidae)

Sığırçın (Sturnidae)

Vələmir quşları (Emberizidae)

Hörücü quşlar (Fringillidae)

  • Səhra hörücüsü (Bucanetes githaginea)
  • Adi kətanquşu (Carduelis cannabina)
  • Payız bülbülü (Carduelis carduelis)
  • Yaşılca (Carduelis chloris)
  • Dağ kətanquşu (Carduelis flavirostris)
  • İri mərcimək quşu (Carpodacus rubicilla)
  • Yalançı bülbül (Carduelis spinus)
  • Adi mərcimək quşu (Carpodacus erythrinus)
  • Meşə sərçəsi (Fringilla coelebs)
  • Qayalıq hörücüsü (Fringilla montifringilla)
  • Baltadimdik (Coccothraustes coccothraustes)
  • Küknar çataldimdiyi (Loxia curvirostra)
  • Adi qarquşu (Pyrrhula pyrrhula)
  • Rhodopechys mongolica
  • Qırmızıqanad hörücü (Rhodopechys sanguinea)
  • Dağ hörücüsü (Serinus pusillus)
  • Şimal kətanquşu (Acanthis flammea)

Sərçələr (Passeridae)

Azərbaycan Quşları Üzrə Əsas Ədəbiyyat

Xarici keçid

İstinadlar

|}

Tags:

Azərbaycandakı Quşların Siyahısı Azərbaycanda yayılmış quşların siyahısıAzərbaycandakı Quşların Siyahısı Azərbaycan Quşları Üzrə Əsas ƏdəbiyyatAzərbaycandakı Quşların Siyahısı Xarici keçidAzərbaycandakı Quşların Siyahısı İstinadlarAzərbaycandakı Quşların SiyahısıAzərbaycanQuş

🔥 Trending searches on Wiki Azərbaycanca:

Xudafərin körpüsü (roman)Düzbucaqlı üçbucaqƏnvər HəsənovAxısqa türkləriİlk tibbi yardımVayxır (bulaq)Adaptiv idarəetməArgentinaBağlayıcıKəlmeyi-şəhadətAğciyər xərçəngiAvropa İttifaqı ölkələrinin siyahısıQabarıq çoxbucaqlıDüzbucaqlıQloballaşmaPalçıq vulkanıSoyuq günəş (film, 2020)YarasalarTamamlıqCavad xanBöyrəkMövlud SüleymanlıQan dövranıİranQafqaz әsiri (hekayə)Naftalan neftiSintaktik əlaqələrSinonimSübh namazıAnklavAzərbaycan qoruqlarıQızılgülİsmin hallanmasıQanaxmaHeydərbaba dağıİblis (pyes)Azərbaycan Respublikası Dövlət Neft FonduƏlincə qalasıÇar RusiyasıQorxu ədəbiyyatıAzərbaycanın iqtisadi rayonlarıXudafərin körpüləriHərb və sülhMir CəlalTwitterAzərbaycanDünyanın yeddi möcüzəsiBöyük Səlcuq imperiyasıRöya AyxanMübtədaAzərbaycan kinosuQoşma (qrammatika)İsmayıllı rayonuƏməliyyat sistemiRindü-zahidOğlaq (astrologiya)Xəyalə ManaflıHalikarnas mavzoleyiİnformasiya prosesləriDünya turizm reytinqləriMotivasiyaNamiq QaraçuxurluSourBərdə rayonuArşın mal alan (film, 1945)İngiltərə tarixiMüharibə cinayətiMaddələr mübadiləsiHamiləlikAyaz MütəllibovCinsi əlaqəDünya iqtisadiyyatıXankəndi–Laçın yolunda aksiyalarAlbaniyaBaku ElectronicsFələstin Dövləti🡆 More