Aleksey Navalnı

Aleksey Anatolyeviç Navalnı (rus.

Aleksey Navalnı
rus. Алексей Анатольевич Навальный
Aleksey Navalnı
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1976(1976-06-04)
Doğum yeri
Vəfat tarixi 16 fevral 2024(2024-02-16)[…] (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bilinmir
Partiya
  • Gələcək Rusiya Partiyası[d] (20182024)
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, aktivist
Həyat yoldaşı
  • Yuliya Navalnaya[d] (20002024)
Uşaqları 2
Dini şərqi ortodoks xristianlıq
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, hüquqşünaslıq

Təltifləri YouTube Qızıl play düyməsi YouTube Gümüş play düyməsi
İmzanın şəkli
navalny.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb.

2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur.

Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.

Zəhərlənməsi

20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb. Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyinə inanır. Avqustun 22-də səhər saatlarında onu Almaniyanın "Charite" xəstəxanasına yerləşdirdilər. Orada aparılan klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Aleksey Navalnı süni komaya düşüb, onun vəziyyəti ağır olsa da, həyatı üçün kəskin təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər. Avqustun 28-də "Charite" klinikasının ekspertləri Rusiya müxalifəti liderinə qarşı döyüş təyinatlı zəhərləyici maddənin tətbiq edildiyi qənaətindən çıxış edərək Almaniya ordusunun Münhendə yerləşən qapalı toksikoloji və farmakoloji labartoriyasından kömək istəyiblər. Həmin laboratoriyada Almaniyanın zəhərlər və döyüş təyinatlı kimyəvi zəhərləyici maddələr üzrə ən yaxşı mütəxəssisləri işləyir. Sorğu həm də Böyük Britaniyanın Port-Daunda yerləşən, bioloji və kimyəvi silahlar üzrə araşdırma Mərkəzinə də göndərilib.

Həbsi

Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Rusiyaya çatan kimi həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası vermişdi. Bunun ardınca Rusiyada Aleksey Navalnının azadlığa buraxılması ilə bağlı razılaşdırılmamış etiraz aksiyaları keçirildi. Hökumət orqanları ilə razılaşdırılmayan etiraz aksiyaları əsasən paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində baş tutdu. Aksiyalar zamanı ümumilikdə 4 min nəfərdən çox etirazçı saxlanıldı.

Ölümü

O, 16 fevral 2024-cü il tarixində Yamalo-Nenets Muxtar Dairəsində yerləşən "ИК-3 Харп" həbsxanasında öldü.

2024-cü il martın 1-də siyasətçi Borisov qəbiristanlığında dəfn edilib; Dəfn mərasimi Moskvanın cənub-şərqindəki Maryinoda Allah Anasının “Kədərlərimi söndür” İkonu kilsəsində baş tutub.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Aleksey Navalnı HəyatıAleksey Navalnı HəbsiAleksey Navalnı Həmçinin baxAleksey Navalnı İstinadlarAleksey Navalnı Xarici keçidlərAleksey Navalnı16 fevral197620244 iyunMoskva vilayətiRus diliRusiyaSiyasi məhbusYamalo-Nenets Muxtar Dairəsid:Q123999876d:Q155979d:Q4100377

🔥 Trending searches on Wiki Azərbaycanca:

Cərəyan şiddətiPeyvəndTarixDövlət İdarəçilik Akademiyası (Azərbaycan)Təbii zonalarBir kərə yüksələn bayraq, bir daha enməzİsrailİnsanTeleqramTəbrizSürücülük vəsiqəsiTərtər rayonuFəlsəfəMeşəAzərbaycan əlifbasıGoranboyBakı Dövlət UniversitetiWhatsAppVerilənlər bazasıİnformatikaŞuşa qalasıFəttah HeydərovÜmumi Daxili MəhsulYupiter (planet)Elçin Quliyev (general-polkovnik)YaponiyaMəxmərəkVüqar ƏhmədNiderlandII MehmedYeni Azərbaycan PartiyasıTelepatiyaBarselona FKMetroLatın diliSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiTürkmənlərLimfa düyünləriKamran İmanovİnkişaf etməkdə olan ölkəŞimali AmerikaZəlzələSaturn (planet)Azərbaycan Silahlı QüvvələriQərbi Azərbaycan mahallarıKilian MbappeSəhhət və MərəzGöyçə gölüOmonimƏhmədiyyə CəbrayılovZakir HəsənovƏlincə qalasıReklamAzərişıqAnemiyaƏli KərimliAğqoyunlularXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Ayaz MütəllibovİdmanŞəkilçiİnsan hüquqlarıHektarKəmaləddin HeydərovAzərbaycan RespublikasıMariya AntuanettaMəhəmmədhüseyn ŞəhriyarKvadrat tənlikKonstitusiyaFevralHəsən bəy ZərdabiNida cümləsiAntarktidaAzərbaycandakı çayların siyahısıBalaəliSəfəvilərNaxçıvan Muxtar Respublikası🡆 More