Akvarium balıqları (ing.
Akvarium balıqlarının əksəriyyəti təbii şəraitdə tropik və subtropik ölkələrin şirin sularında yaşayır. 1000-dək növü əhatə edir. Bunlar, əsasən, çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə və xarasinlər fəsiləsinə, həmçinin çəkidişlikimilər dəstəsinə aid balıqlardan ibarətdir. Müasir akvariumlarda əksər vaxtlarda akulalar, murenlər, angvillər, daşlıq xanıları, kəpənyibalıqlar, dəniz məleykələri, sandıqbalıqlar, beli buynuzlular kimi dəniz balıqları yetişdirilir. Düzgün saxlanıldıqda təbii şəraitdəkindən artıq 3–5, bəziləri 15 ilədək yaşaya bilir. Uzaq hibridləşdirmə nəticəsində yeni cinslər alınmışdır. Bir sıra tropik ölkələrdə akvarium balıqlarnın yetişdirilməsi və dekorativ balıqçılıq əsas gəlir sahəsi və elmi eksperimentlər obyektidir.
This article uses material from the Wikipedia Azərbaycanca article Akvarium balıqları, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.