Akkra (ing.
Qvineya körfəzi sahilində liman. Şəhərin əhalisi 2011-ci ilin təxmini hesablamalarına görə 3 963 264 nəfərdir.
Şəhər | |
Akkra | |
---|---|
Nkran | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | XV əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 61 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 0302, 0302 |
Digər | |
ama.gov.gh | |
Vikianbarda əlaqəli mediafayllar |
Akkra sözü "qarşıqalar" mənasını verən "Nkran" sözündən yaranmışdır. Əsası 16-cı əsrin 1-ci yarısında qoyulmuşdur. Adı Korlelaqununun sahilində məskunlaşmış akkra xalqının adından götürülmüşdür. 19-cu əsrin sonlarınadək qul ticarəti mərkəzlərindən biri olmuşdur. Əvvəllər burada qa tayfalarından biri məskunlaşmış, 1600-cü ildə isə qa tayfa ittifaqının paytaxtı olmuşdur. Avropa tacirlərinin Qvineya sahillərinə gəlməsi nəticəsində mühüm ticarət mərkəzinə çevrildi. Akkranı ələ keçirmək uğrunda qalar, akimlər, akvapimlər və aşantilər arasında uzun müddət mübarizə getmişdir. 1850-ci ildə İngiltərənin Qızıl Sahil müstəmləkəsinə daxil edilmişdir. 1876–1957-ci illərdə Qızıl Sahildəki müstəmləkə hökumətinin iqamətgahı burada yerləşirdi.
Müstəmləkə dövrü abidələrindən hollandların tikdiyi Krevkör (1605, indiki Uşer), danimarkalıların Kristians borq (1657– 59; 1900-cü ildən ingilis qubernatorunun, hazırda Qana hökumətinin iqamətgahı), ingilislərin Ceyms (1673) istehkamları Ümumdünya irsi siyahısına daxil edilmişdir.
İncəsənət və Elmlər Akademiyası (əsası 1959-cu ildə qoyulmuşdur), Universitet (1961), Açimota hərbi kolleci, Milli arxiv (1946), Mərkəzi kitabxana (1950), Milli muzey (1957), Elm və texnologiya muzeyi (1965), Milli afrikaşünaslıq kitabxanası (1961), Milli elmi-texniki kitabxana və informasiya mərkəzi (1964), Milli teatr var.
Akkra iki əsas zonaya dolanbac küçəli sahil rayonlarına və dövlət müəssisələri, banklar, mağazalar və s.-nin yerləşdiyi müasir məhəllələrə ayrılır. Dəmiryol və avtomobil yolları qovşağı, həmçinin beynəlxalq aeroportu var. Qananın iri ticarət-sənaye mərkəzidir. Burada yüngül, yeyinti, kimya, metal emalı sənayesi, maşınqayırma müəssisələri, elektrik avadanlıqları (mühərriklər, tele və radioaparatları, akkumulyator batareyaları istehsalı) zavodu vardır. Avtomobil yığılır; kustar üsulla qızıl və gümüş məmulatlar istehsal edilir; İES fəaliyyət göstərir.
This article uses material from the Wikipedia Azərbaycanca article Akkra, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.