Əsas Nitq Hissələri

Əsas nitq hissələri – Müstəqil leksik mənaya malik olan, müəyyən əşyanı, əlaməti, miqdarı, hərəkəti və s.

bildirilən, suala cavab verilən, şəkilçi qəbul edən, cümlədə bu və ya digər cümlə üzvü yerində işlənən nitq hissələri. Azərbaycan dilində 6 əsas nitq hissəsi var.

Növləri

Azərbaycan dilində isim, sifət, say, əvəzlik, feil, zərf olmaqla altı əsas nitq hissəsi var.

İsim

Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İsim kim? nə? hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus cəhətləri var ki, onları başqa nitq hissələrində görmürük.

İsmə məxsus xüsusiyyətlər:

  1. Konkret və ya mücərrəd olur.
  2. Ümumi və ya xüsusi olur.
  3. Tək və ya cəm olur.
  4. Mənsubiyyətə görə dəyişir.
  5. Hal şəkilçisi qəbul edir (hallanır).
  6. Şəxs (xəbərlik) şəkilçisi qəbul edir.

İsmə aid bu xüsusiyyətlərin içərisində ilk ikisini çıxmaq şərti ilə digərlərinin qrammatik (morfoloji) göstəriciləri (şəkilçiləri) var. İlk üç şərt yalnız ismə aid xüsusiyyətdir.

Sifət

Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət cümlədə ismə aid olub onu müxtəlif cəhətdən təyin edir:qara kəmər, şirin söhbət, dəhşətli insan, ağacdakı quş. Necə? nə cür? hansı? suallarından birinə cavab verir.

Sifətlərin mənaca aşağıdakı növləri var:

  1. Rəng bildirən sifətlər: göy, qırmızı, yaşıl və s.
  2. Dad bildirən sifətlər: şirin , turş , acı , dadlı və s.
  3. Keyfiyyət bildirən sifətlər: yaxşı , pis , çalışqan və s.
  4. Əlamət (görkəm) bildirən sifətlər: gözəl , kök , nurani və s.
  5. Forma bildirən sifətlər: uzun, əyri , incə , badamı və s.
  6. Həcm bildirən sifətlər: böyük , kiçik, enli və s.

Sifətə aid xüsusiyyətlər:

  1. Sifətlər əşyaya məxsus olur.
  2. Əşya ilə bərabər işləndikdə heç bir qrammatik şəkilçi qəbul etmir.
  3. Necə? nə cür? hansı? suallarından birinə cavab verir.
  4. Sifət aid olduğu ismi itirdikdə isimləşir (substantivləşir).
  5. İsimləşmədiyi zaman təyin və ismi xəbər, isimləşdiyi zaman isə mübtəda, tamamlıq və ismi xəbər ola bilir.
  6. Sifətlər əşyaya aid olur və onları müxtəlif cəhətdən izah edir.

Say

İsim əşyanın adını, sifət isə onun əlamətini bildirir. Əşyanın miqdarını və ya sırasını da əsəs nitq hissəsi olan say bildirir. Say neçə? nə qədər? neçənci? suallarından birinə cavab verir. Saylar, əsasən, milli sözlərimizdən ibarətdir.

Əvəzlik

Əvəzliyin əsas xüsusiyyəti bütün əsas nitq hissələrini əvəz etməkdir. Əvəzlik əvəz etdiyi əsas nitq hissəsinin sualına cavab verir. Məsələn: Əli (isim) gəldi, o (əvəzlik) gəldi.

  1. Əvəzliyin ismi əvəz etməsi: atam gəldi – O gəldi.
  2. Əvəzliyin sifəti əvəz etməsi: gözəl qız – bu qız
  3. Əvəzliyin sayı əvəz etməsi:beş kitab – neçə kitab
  4. Əvəzliyin zərfi əvəz etməsi:ucadan oxu – belə oxu
  5. Əvəzliyin əvəzliyi əvəz etməsi:O getdi – Kim getdi.

Feil

Ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsinə feil deyilir. Qrammatik cəhətdən hərəkət geniş mənalı termindir. Bu termin bilavasitə hərəkət bildirən get, gəl, qaç və s. feillərə aid olduğu kimi, yaz, oxu, işlə, fikirləş, düşün, yat, dur, gül, ağla və s. kimi işlə, vəziyyətlə, halla, təfəkkürlə və s. əlaqədar olan hərəkətləri də əhatə edir. Bu baxımdan feillərin aşağıdakı leksik məna növləri meydana çıxır:

  1. İş feilləri: tikmək, kəsmək, sökmək, təmizləmək, rəngləmək və s.
  2. Hərəkət feilləri: getmək, gəlmək, qaçmaq və s.
  3. Nitq feilləri: danışmaq, söyləmək, susmaq və s.
  4. Təfəkkür feilləri: anlamaq, düşünmək, yad etmək və s.
  5. Hal–vəziyyət feilləri: ağarmaq, bozarmaq, incimək və s.

Zərf

Zərf hərəkəti müxtəlif cəhətlərdən izah edən nitq hissəsidir.

  • Zərf cümlədə, əsasən, feilə aid olaraq, onun tərzini, zamanını, yerini və miqdarını bildirir. Məsələn: yaxşı danışır, çox oxuyanda, yuxarı getmək, dünən gələn və s.
  • Zərflər necə? nə cür? nə zaman? haçan? nə vaxt? hara? nə qədər? və s. suallarından birinə cavab olur.

Həmçinin bax

İstinadlar

Tags:

Əsas Nitq Hissələri NövləriƏsas Nitq Hissələri Həmçinin baxƏsas Nitq Hissələri İstinadlarƏsas Nitq HissələriAzərbaycan diliŞəkilçi

🔥 Trending searches on Wiki Azərbaycanca:

FransaSerj SarqsyanKrokus Siti Hollda teraktHidrogenGözİslam DövlətiBöyük Səlcuq imperiyasıYaponiyaAzərbaycanın iqtisadi rayonlarıMadyanQızıl yel xəstəliyiYırtıcı quşlarAzərbaycandakı şəhərlərin siyahısıAppendisitQazax rayonuAzərbaycan faunasıArif ƏsədovAlmaniyaMaterikHekayəGürcüstanAdam SendlerOmanYouTubeOsmanlı sultanlarının siyahısıXumar QədimovaDünya əhalisiMədəaltı vəziDünyanın yeddi möcüzəsiƏlincə qalasıMakedoniyalı İsgəndərPirallahıZakir HəsənovAzərbaycan şirkətlərinin siyahısıÜzeyir MehdizadəMenstruasiyaOmonimAzərbaycan Ərəb xilafətinin tərkibindəDüzgün altıbucaqlıToral BayramovEkologiyaMədət QuliyevTovuz rayonuXocalı soyqırımı qurbanlarının siyahısıİnformasiya təhlükəsizliyiCəfər Cabbarlı100 manatlıq əsginasBəhlul MustafazadəSovet Sosialist Respublikaları İttifaqıDağlıq Qarabağ Muxtar VilayətiElvin CəfərquliyevİqlimMonteneqroAvtomobilAlqoritmI TəhmasibMübaliğəTonzillitMuğamBal arısıErmənistanQabarıq çoxbucaqlıXaçmaz rayonu9 (ədəd)Elxanilər dövlətiKimyəvi reaksiyaBalıqQədim RomaAzərbaycanlıların Soyqırımı GünüAnklavPavel SisianovTünzalə AğayevaBöyük QafqazSourAzərbaycan Respublikasının əməkdar artistiQara daşların sakinləri (film, 1991)YunanıstanƏfşar imperiyası🡆 More