İşıqfor

İşıqfor, Yol işığı və eləcə də danışıq dilində Svetofor (rus.

Yol hərəkətini tənzimləmək üçün kəşf edilən hələ ki, ən mükəmməl qurğu olaraq qalmaqdadır. 5 avqust Beynəlxalq İşıqfor Günüdür.

İşıqfor
Portsmouth, Birləşmiş Krallıqda bir LED işıqfor

Tarix

İşıqfor 1868-ci ildə ilk dəfə olaraq London, İngiltərədə quraşdırılmışdır. Onun yaradıcısı ixtisasca mühəndis olan Jon Pik Nayt idi.

İlk işıqfor sadə quruluşa malik olub əllə idarə olunurdu və 2 oxdan ibarət idi. Oxlar xüsusi qayış ilə yaxınlıqdakı polis əməkdaşını tərəfindən idarə olunurdu. Üfüqi ox dayanmanı, 45 dərəcəli bucaq altındakı ox isə hərəkəti göstərirdi. Bunun hesabına gündüzlər nəqliyyat normal idarə oluna bilirdi. Lakin gecələr bu üsul işə yaramırdı.

İşıqfor 

Sonrakı işıqforlar qaz lampası ilə çalışırdı. Qırmızı rəngli şüşədəki qaz lampasının yanması durmanı, yaşıl rəngli isə hərəkəti göstərirdi. Lakin bir müddət sonra qaz fanarı partlayaraq polisi ağır yaralayır və bu səbəbdən bir neçə il işıqfordan istifadə edilmir.

Elektriklə çalışan ilk işıqforun yaradıcısı 1912-ci ildə ABŞ-nin Yuta ştatından olan Lester Vayt oldu. Onun yaratdığı işıqforda iki — qırmızı və yaşıl rəng var idi. Lakin Lester Vayt bu qurğunun patentini ala bilmir.

1914-cü ildə amerika işıqfor istehsalı şirkəti eyni vaxtda 4 elektrik işıqforu quraşdırdı. Bu işıqforlarda rənglə yanaşı səs siqnalları da var idi. Bu işıqforların yaradıcısı Ceyms Hoq idi. İşıqforun idarəsi yaxınlıqdakı şüşə kabində oturan polis tərəfindən olunurdu.

İlk 3 rəngli işıqfor isə 1920-ci ildə eyni vaxtda Nyu York və Detroytda quraşdırılmışdır. Yaradıcıları isə Jon F. Xarris və Uilyam Potts idi.

İşıqfor quraşdırılan ilk Avropa ölkəsi 1922-ci ildə Fransa olmuşdur. İşıqforun vətəni sayılan İngiltərə isə elektrik işıqforunu yalnız 1927-ci ildən istifadə etməyə başlamışdır.

Keçmiş Sovetlər İttifaqında isə işıqfor ilk dəfə 1930-cu il 25 Oktyabrda Leniqradda (Sankt Peterburq) quraşdırılmışdı.

Küçə və yol işıqforları

Müəyyən ardıcıllıqla qırmızı, sarı və yaşıl rənglə işıqlanan qurğu avtomobillərin və piyadaların hərəkətini nizamlayır. Bütün rənglərin içində məhz bu üç rəng ən uzun spektr dalğasına malikdir. Buna görə də onlar uzaq məsafədən aydın görünür.

  • Yaşıl işıq: əlaqədar istiqamətdə nəqliyyatın açıla biləcəyini,
  • Sarı işıq: işığın yaşıldan qırmızıya, ya da qırmızıdan yaşıla dəyişmək üzrə olduğunu,
  • Qırmızı işıq: nəqliyyatın dayanmalı olduğunu göstərir.

Bəzi ölkələrdə sarı rəngi narıncı əvəzləyir. Avtomobil sayı artdıqca işıqforlar da inkşaf edir. Son dönəmlərdə dünya LED (Light Emitting Diode – işıq saçan diod) sistemli işıqforlara keçir. Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, onların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmır.

Yolayrıclarında təkcə ümumi yol üzrə deyil, həmçinin yoldakı ayrı-ayrı zolaqlar üzrə hərəkəti də müəyyən etməyə imkan verən işıqforlar quraşdırılır. Yəni işıqfor eyni istiqamətdə həm sağ, həm də sol zolaq üzrə ayrıca hərəkəti göstərir.

Rəqəmsal işıqforlarda göstərici nişanların yanıb-sönməsi saniyə ilə ölçülür.

Dəmiryolu üçün

Dəmiryol keçidlərində hərəkətin təhlükəsizliyi üçün quraşdırılır. Avtomobillərin və qatarların hərəkətini nizamlayır. Standart küçə və yol işıqforlarından fərqli olaraq qırmızı və yaşıl rənglə işıqlanan qurğu olur. Bəzi ölkələrin işıqforlarında qırmızı yananda qurğu paralel olaraq xüsusi səs siqnalı ilə yaxınlaşan qatar haqqında sürücüləri xəbərdar edir.

İstinadlar

Xarici keçidlər

Tags:

İşıqfor Tarixİşıqfor Küçə və yol işıqforlarıİşıqfor Dəmiryolu üçünİşıqfor İstinadlarİşıqfor Xarici keçidlərİşıqforRus dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

İnternetQılınc və qələm (roman)Ayaz MütəllibovXumar QədimovaNelson MandelaTelepatiyaXankəndiVergiEsseTalassemiyaRoza ZərgərliGülüstan (kitab)DokuBaku Beynəlxalq Sənədli Film FestivalıHikmət MirzəyevGöyçay rayonuABŞ-nin ştatlarıİblisNağılStiven KinqElmi fantastikaMarketinqDünya ölkələrinin siyahısıAfrikaŞahbulaq qalasıAraz Türk CümhuriyyətiAzərbaycandakı çayların siyahısıAzərbaycanın mineral sularıSəlib yürüşləriDairəKonstitusiyaŞüalanmaArgentinaAzərbaycan adalarının siyahısıDünyanın möcüzələriŞəhər əfsanəsiNazim HikmətNaxçıvanQarabağ Universitetiİnformasiya təhlükəsizliyiHektarSunamiÖzbəkistanAzərbaycan Respublikası Dövlət Neft FonduAzərbaycan Quru QoşunlarıAra sözlərAşağı ƏskiparaAtropatenaNidaAzərbaycan Xalq Cümhuriyyəti ParlamentiBakı Musiqi AkademiyasıQafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)Uçan naməlum obyektEmin Sabitoğluİlyas ƏfəndiyevƏl-XarəzmiŞamaxıCavanşir Məmmədov (rejissor)Adolf HitlerQoşulmama HərəkatıQadın reproduktiv sistemləriYuqoslaviyanın dağılmasıQafqazQarabağYüzillik müharibəMövlud SüleymanlıGoranboy rayonuDünyanın yeni yeddi möcüzəsiİranÇingiz MustafayevİqtisadiyyatMaddələrin aqreqat halıMicrosoft WordAzərbaycanÖlülər (pyes)Azərbaycan PrezidentiVulkanJurnalistLənkəranAzərbaycanda yayılmış balıqların siyahısı🡆 More