Üçbucaq

Üçbucaq — Müstəvinin bir düz xətt üzərində olmayan 3 nöqtəsini cüt-cüt və ardıcıl şəkildə birləşdirən 3 düz xətt parçasından ibarət fiqur.

Nöqtələr onun təpələri, parçalar onun tərəfləridir.

Üçbucağın təpələri adətən böyük latın hərfləri ilə (A, B, C), uyğun təpədəki bucaqların dərəcə ölçüsü yunan hərfləri (α,β,γ) ilə, uyğun təpənin qarşısındakı tərəfin uzunluğu isə əlyazma latın hərfləri ilə (a, b, c) işarə olunur.

Üçbucağın növləri

Üçbucağın növləri
Üçbucaq 
İtibucaqlı üçbucaq
Üçbucaq 
Korbucaqlı üçbucaq
Üçbucaq 
Düzbucaqlı üçbucaq
Üçbucaq 
Müxtəliftərəfli üçbucaq
Bərabəryanlı üçbucaq Üçbucaq 
Bərabərtərəfli üçbucaq
  • Bütün bucaqları iti bucaq (90-dərəcədən kiçik) olan üçbucağa itibucaqlı üçbucaq deyilir.
  • Bir bucağı düz bucaq (90°-yə bərabər) olan üçbucağa düzbucaqlı üçbucaq deyilir. Üçbucağın yalnız bir bucağı düz bucaq ola bilər. Düzbucaqlı üçbucağın qalan iki bucağı iti (90°-dən az) bucaqdır.
  • Bir bucağı kor bucaq (90°-dən böyük) olan üçbucağa korbucaqlı üçbucaq deyilir. Üçbucağın yalnız bir bucağı kor bucaq ola bilər. Korbucaqlı üçbucağın qalan iki bucağı iti bucaqdır.
  • İki tərəfi bərabər olan üçbucağa bərabəryanlı üçbucaq deyilir.
  • Tərəflərinin üçü də bərabər olan üçbucağa bərabərtərəfli (yaxud düzgün üçbucaq) deyilir. Bucaqlarının üçü də 60°-ə bərabərdir.

Düzbucaqlı üçbucaq

Düzbucaq qarşısındakı tərəf hipotenuz, digər 2 tərəf isə katet adlanır.

30°-li bucaq qarşısındakı katet hipotenuzun yarısına, 60°-li bucaq qarşısında katet digər katetin kökdə 3 mislinə bərabərdir.

Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir. Hipetonuza çəkilmiş median hipetonuzun yarısına bərabərdir

Üçbucaqda median

Üçbucağın verilmiş təpəsini qarşı tərəfin ortası ilə birləşdirən parça üçbucağın medianı adlanır. Median üçbucağı sahələri bərabər olan 2 üçbucağa ayırır. Üçbucağın hər üç medianı bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində təpədən hesablanmaqla 2:1 nisbətində bölünür. Kəsişmə nöqtəsi üçbucağın ağırlıq mərkəzi adlanır. Hipetonuza çəkilmiş median hipetonuzun yarısına bərabərdir.

Tərəflərin uzunluğu məlum olduqda medianın uzunluğunun tapılması

ma = Üçbucaq 

mb = Üçbucaq 

mc = Üçbucaq 

Üçbucaqda tənbölən

Üçbucağın verilmiş təpəsini qarşı tərəflə birləşdirən və təpədəki bucağı yarıya bölən parçaya üçbucağın tənböləni deyilir. Üçbucağın tənbölənləri bir nöqtədə kəsişir və həmin nöqtə daxilə çəkilmiş çevrənin mərkəzidir.

Üçbucaqda hündürlük

Üçbucağın təpəsindən qarşı tərəfə, yaxud onun uzantısına çəkilmiş perpendikulyar üçbucağın hündürlüyü adlanır. Üçbucağın üç hündürlüyü bir nöqtədə kəsişir.

Bərabəryanlı və bərabərtərəfli üçbucaqda oturacağa çəkilmiş hündürlük həm median, həm də tənböləndir.

Üçbucaqla bağlı parça və çevrələr

Üçbucağın bütün tərəflərinə toxunan çevrəyə onun daxilinə çəkilmiş çevrə deyilir. Üçbucağın daxilinə çəkilmiş çevrə var və yeganədir. Üçbucağın hər üç təpəsindən keçən çevrəyə onun xaricinə Üçbucağın iki tərəfinin ortasını birləşdirən parçaya üçbucağın orta xətti deyilir. Orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük, median və tənbölən üst-üstə düşür. Bunu tərsi də doğrudur: Əgər tənbölən, hündürlük və median üst-üstə düşərsə, onda üçbucaq bərabəryanlıdır. Tərəfləri müxtəlif olan üçbucağın bir təpəsindən çəkilmiş tənbölən həmin təpədən çəkilmiş median və hündürlük arasında yerləşir. Üçbucağın tərəflərinin orta perpendikulyarları da bir nöqtədə kəsişir və həmin nöqtə xaricə çəkilmiş çevrənin mərkəzi ilə üst-üstə düşür.

Xassələri

  • Üçbucağın daxili bucaqlarının cəmi 180°-dir: Üçbucaq .
  • Üçbucağın xarici bucaqlarının cəmi 360°-dir.
  • Üçbucağın böyük bucaq qarşısındakı tərəfi kiçik bucaq qarşısındakı tərəfdən böyük olur.
  • Üçbucağın hər hansı bir tərəfinin uzunluğu digər iki tərəfin uzunluqları cəmindən kiçik, fərqindən isə böyükdür (bu üçbucaq bərabərsizliyi adlanır):
  Üçbucaq    Üçbucaq    Üçbucaq  
  • Üçbucağın tənbölənləri bir nöqtədə kəsişir.
  • Üçbucağın medianları bir nöqtədə kəsişir.

Üçbucağın sahəsi

Üçbucaq  üçbucağının sahəsi Üçbucaq  ilə işarə olunur.

  • 1-ci düstur:
 Üçbucaq   

və ya

 Üçbucaq   

Üçbucağın sahəsi, tərəfinin uzunluğu ilə bu tərəfə çəkilmiş olan hündürlüyü hasilinin yarısına bərabərdir.

  • 2-ci düstur (Heron düsturu):
 Üçbucaq   (yarımperimetr)  Üçbucaq  — Heron düsturu 
  • 3-cü düstur

Üçbucaq -də tərəflər Üçbucaq  bu tərəflərin qarşısındakı bucaqlar isə uyğun olaraq α, β, γ olarsa,

1) Üçbucaq 

2) Üçbucaq 

  • Əgər Üçbucaq  üçbucağı tərəfləri Üçbucaq  olmaqla bərabərtərəflidirsə, onda
 Üçbucaq  
  • Əgər Üçbucaq  üçbucağının daxilinə çəkilmiş çevrənin radiusunu Üçbucaq , xaricinə çəkilmiş çevrənin radiusunu Üçbucaq , perimetrini isə Üçbucaq  ilə işarə etsək, onda

1) Üçbucaq 

2) Üçbucaq 

  • Əgər Üçbucaq  üçbucağı düzbucaqlı üçbucaq, katetləri isə Üçbucaq Üçbucaq -dirsə, onda
 Üçbucaq  

Üçbucağın əsas elementlərinin tapılması üçün düsturlar

Üçbucaq  üçbucağının tərəflərini Üçbucaq Üçbucaq , yarımperimetrini Üçbucaq  (Üçbucaq ), Üçbucaq  tərəfinə çəkilmiş medianını Üçbucaq , tənbölənini Üçbucaq , hündürlüyünü isə Üçbucaq  ilə işarə etsək, onda

 Üçbucaq  
 Üçbucaq  
 Üçbucaq  

Üçbucaq Üçbucaq -ni 3-cü düsturda elə yerinə qoymaq lazımdır ki, kökaltı ifadə müsbət olsun.

Ədəbiyyat

  • Riyaziyyat, qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri, və müəllimlər üçün dərs vəsaiti, M. H. Yaqubov, İ. M. Abdullayev və b. Bakı-2008.
  • Cəbr-həndəsə düsturları, S. X. Rüstəmov, S. S. Rüstəmov, Z. E. Rüstəmova, Xətai kursları, Bakı-2011.

Tags:

Üçbucaq Üçbucağın növləriÜçbucaq Düzbucaqlı üçbucaqÜçbucaq da medianÜçbucaq da tənbölənÜçbucaq da hündürlükÜçbucaq la bağlı parça və çevrələrÜçbucaq XassələriÜçbucaq Üçbucağın sahəsiÜçbucaq Üçbucağın əsas elementlərinin tapılması üçün düsturlarÜçbucaq ƏdəbiyyatÜçbucaqDüz xəttNöqtəTərəf

🔥 Trending searches on Wiki Azərbaycanca:

MisKilian Mbappeİqlim dəyişikliyiXBT-10 sinfinin siyahısıBabasilŞirvanşahlar sarayıAzərbaycan meşələriŞiəlikMenecmentHekayəEverestSovet Sosialist Respublikaları İttifaqıKenquruGöygöl rayonuTeleqramGöbələklərQarabağ atıI AbbasDağlıq QarabağAzərbaycanda yayılmış balıqların siyahısıQızılcaUkraynaŞəkilçiBMWBalaəliGöy cismiSinir sistemiYerƏrəb xilafətiQız qalasıOrqanizmPolşaRusiya–İran müharibəsi (1804–1813)HökumətGülyaz MəmmədovaQədim Yunanıstan mədəniyyətiNəsibə ZeynalovaŞəki xanlığıİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıİnformasiya təhlükəsizliyiMir CəlalSaitDübəndi (geyim)Möminə Xatun türbəsiSeks (dəqiqləşdirmə)Sürücülük vəsiqəsiAna səhifə100 manatlıq əsginasQırğızıstanÇiçəkli bitkilərRuhullah XomeyniMehdi HüseynzadəİraqSehrli xalat (film)Qan dövranıMədəaltı vəziAlov qüllələriKoroğlu dastanıUEFA Çempionlar LiqasıEpitetGözYeni KaledoniyaPasxaNidaKompüter qurğularıMaşınFərid ƏhmədovAppendisitƏmir TeymurTelefonHeyvanlarÇingiz AbdullayevŞirQaşaltı QaraqoyunluBirləşmiş Ərəb ƏmirlikləriTürk Dövlətləri Təşkilatı🡆 More