Kriştiano Ronaldo dos Santos Aveiro (port.
Bu məqalə portuqaliyalı futbolçu haqqındadır. Braziliyalı futbolçu üçün Ronaldo (braziliyalı futbolçu) səhifəsinə baxın. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Kriştiano Ronaldo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
port. Cristiano Ronaldo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Cristiano Ronaldo dos Santos Aveiro | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | CR7 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 fevral 1985[…] (39 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.89 m | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 85 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Əl Nəsr | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 7 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İmzası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ronaldonun "Mançester Yunayted" klubundan "Real Madrid"ə keçidi üçün 94 milyon€ (94 milyon avro) ödənilib. Bu da onu futbol tarixinin ən bahalı oyunçusuna çevirib. Real Madrid ilə bağladığı müqaviləyə əsasən ildə 12 milyon avro qazanan Ronaldo, dünyanın ən çox qazanan futbolçusu idi. 2018-ci ildə İtaliyanın "Yuventus" klubuna keçib. 2021-ci ildə Mançester Yunayted klubuna geri dönüş edib. Kriştiano Ronaldo futbol karyerasında 855 qol vurub. Tarixin ən yaxşı futbolçularından biri hesab olunur.
Kriştiano Ronaldo Mariya Dolores dos Santos Aveyru və Joze Dinişa Aveyru (1954–2005) ailəsində anadan olmuşdur. Kriştiano Ronaldo ailədə dördüncü uşaq olmuşdur, böyük qardaşı Uqu (d. 1975) və iki bacısından sonra Elma (d. 1974), Liliana Katya (d. 1976).
Doğulmazdan əvvəl atası və anası onun adı ilə bağlı mübahisə edirdilər. Atası onun adını Dos santos, anası isə Ronaldo qoymaq istəyirdi. Son qərar olaraq körpənin adını Kriştiano Ronaldo Dos Santos Averio qoydular. Ronaldo karyerasına gənc oyunçu kimi Andorinha klubunda başlamışdır. 2 ildən sonra C. D. Nasional klubuna keçmişdir. 1997-ci ildə Portuqaliya nəhəngi olan Sportinq Lissabon klubuna keçid almışdır. Ronaldonun gözəl oyunu Mançester Yunaytedin məşqçisi olan Aleks Ferqyusonun diqqətindən yayınmadı, elə 2003-cü ildə Kriştiano £12.24 milyon funt-sterlinqə (€15 milyon) Mançesterə transfer olundu. Növbəti mövsümlərdə o ilk mükafatını FA Kubokunu qazandı.
Ronaldo 2007-ci ildə 4 ümumi PFA və FWA mükafatını alan ilk futbolçu oldu. 2008,2013,2014,2016-cı illərdə Qızıl top mükafatını qazandı. Ronaldo həmçinin bu mükafatın 2007, 2009, 2011.2012 və 2015-ci illərdə keçirilən müsabiqələrində ikinci yeri almışdır. Kriştiano həmçinin 2008,2011,2014,2015-ci ildə Avropa Qızıl Butsi Mükafatının sahibi oldu və bu mükafatı 4 dəfə qazanan ilk və hələki tək futbolçudur. Ronaldo 2008-ci ildə dörd əsas PFA and FWA kuboklarından hesab olunan FIFPro İlin Futbolçusu, World Soccer İlin Futbolçusu, Onze d'Or və FİFA Dünyada İlin Futbolçusu mükafatlarına layiq görülüb. 2008,2013 və 2014-cü illərdə isə FYA İlin Futbolçusu adını qazandı. Ronaldo 2009-cu ildə FİFA Puskas Mükafatının ilk qalibi olmuşdur. Ronaldo Real Madrid tarixinin ən qolçu oyunçusudur. O həmçinin UEFA Çempionlar Liqası tarixindədə ən çox qol vurmuş futbolçudur. Potuqaliya yığmasında 132 oyunda 61 qol vuran Ronaldo yığma tarixində ən çox oyun keçirmiş və ən çox qol vurmuş oyunçudur. Kriştiano Ronaldo çıxış etdiyi Real Madrid klubunun heyətində 2011–12 mövsümündə bütün klubların qapısına yol taparaq, bir mövsüm ərzində bütün komandalara qol vuran ilk futbolçu olmuşdur. Ronaldo hələ 23 yaşındaykən çıxış etdiyi Mançester Yunayted klubunun heyətində çempionatın bombardiri olmuşdur və dünya futbol tarixində 31 qolla bombardir olan ilk və tək sol cinah yarımmüdafiəçisi kimi də adını tarixə yazdırmışdır. Kriştiano futbol tarixində 4 fərqli Avropa Çempionatında qol vuran yeganə futbolçudur, həmçinin 9 qolla Avropa Çempionatı tarixində ən çox qol vurmuş oyunçudur. Portuqaliyalı 2004, 2006, 2008, 2010, 2012, 2014, 2016-cı illərdə keçirilmiş Dünya və Avropa çempionatlarında qol vurmaqla, 7 fərqli böyük turnirdə qol vurmuş tək futbolçu olmuşdur. Kriştiano Ronaldo 21-ci əsrin bombardiridir. Belə ki, müasir futbolda bütün futbolçular qol sayına görə portuqaliyalı "futbol kralı"ndan geridə qalır.
Ronaldo hal-hazırda əksər futbol mütəxəssisləri tərəfindən dünyanın ən yaxşı futbolçusu kimi qiymətləndirilir və bir çox futbol şərhçiləri, idman yazarları və mütəxəssislər tərəfindən futbol tarixinin gəlmiş keçmiş ən nəhəng oyunçularından biri kimi qəbul edilir. Kriştiano təkcə hələ Real Madriddə 450 qol vurub.
Hələ 8 yaşındaykən atasının avadanlıq meneceri vəzifəsində çalışdığı həvəskar komanda olan Andorinha klubunda oynayırdı. O, 14 yaşında olarkən anasının razılığı ilə futbol oynamağa başlamışdır. Conal klubundan bir müddət oynadıqdan sonra Sportinq Lissabon klubu ilə bilinməyən məbləğdə müqavilə imzaladı. Burada ulduzu parlayan Ronaldonun növbəti komandası Manchester United olacaqdı.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
This article uses material from the Wikipedia Azərbaycanca article Kriştiano Ronaldo, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.